ABŞ də qadın siqnal verən sürücünü güllələdi
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin İndiana ştatında qadın siqnal verən sürücünü güllələyərək qətlə yetirib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İndianapolis şəhərində baş verib.
Məlumata görə, 23 yaşlı Debora Benefiel 21 yaşlı Kentrell Settlsla mübahisə edib. Mübahisəyə səbəb Kentrell işıqforun yaşıl işıq yanmasından sonra siqnal verməsi olub. Qadın bundan qəzəblənərək sürücünü təqib edib və onu hədələməyə başlayıb. Daha sonra isə avtomobilə atəş açaraq Settlsi sinəsindən yaralayıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Debora Benefiel hadisədən az sonra polis tərəfindən saxlanılıb.
Onun kimliyi mərhumun avtomobilində olan rəfiqəsi tərəfindən müəyyənləşdirilib.


