Paraleqallara dair tələblər qoyulur
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Paraleqallara dair tələblər qoyulur, reyestrləri aparılacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” haqqında qanun layihəsində əksini tapıb.
Paraleqal dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərən, Vəkillər Kollegiyasının üzvü olmayan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsində paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat alan və Vəkillər Kollegiyası tərəfindən təşkil olunan ixtisasartırma kurslarında mütəmadi olaraq iştirak edən ali təhsilli şəxslər olacaq. Paraleqal olaraq fəaliyyət göstərmək istəyən ali təhsilli şəxslər tərəfindən bu məqsədlə Vəkillər Kollegiyasına müraciət edilir.
Aşağıdakı şəxslər paraleqal ola bilməzlər:
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Tələblərə cavab verən fiziki şəxs paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vurub müvafiq sertifikat əldə etdikdən sonra paraleqal statusu əldə edəcək. Paraleqalların təlimi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Vəkillər Kollegiyasının Rəyasət Heyəti təlimi müvəffəqiyyətlə başa vuraraq paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparacaq. Paraleqallar fəaliyyət göstərəcəkləri vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə bağlanmış mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərəcəklər. Paraleqalların xidmət haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Paraleqallar ilkin hüquqi yardım göstərilməsi zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunmasını təmin etməli, habelə ünsiyyət zamanı Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul olunmuş paraleqalların etik davranış qaydalarına riayət etməlidirlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 30 Oktyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















