ABŞ də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
ABŞ-də qızılca yenidən geniş yayılaraq epidemiyaya çevrilib. 2000-ci ildə effektiv peyvəndləmə kampaniyaları nəticəsində xəstəliyin ölkədə aradan qaldırıldığı elan olunsa da, son illər yoluxma hallarının artması ciddi narahatlıq yaradıb.
Milli.Az AFP-yə istinadən xəbər verir ki, Nyu-York ştatının şimalında yerləşən Lyuis dairəsində qızılcaya yoluxmuş uşağın vəfat etməsi ştatda son 30 ildə bu xəstəlikdən ilk ölüm hadisəsi kimi qeydə alınıb.
Nyu-Yorkun qubernatoru Keti Hoxul faciəyə münasibət bildirərək baş verənləri Vaşinqtonun səhiyyə siyasəti ilə əlaqələndirib. O qeyd edib ki, bu hadisə amerikalıların qarşısı alına bilən xəstəliklərdən qorunması istiqamətində onilliklər ərzində əldə edilən nailiyyətlərin itirilməsinin ağır nəticəsidir.
Qubernator ötən ay ştatda və qonşu ərazilərdə yoluxma hallarının kəskin artması ilə əlaqədar fövqəladə vəziyyət elan etmişdi.
Hazırda ABŞ son 35 ilin ən ciddi qızılca epidemiyası ilə üz-üzədir. Məlumatlara əsasən, ölkənin 47 ştatında ümumilikdə 4 834 yoluxma faktı təsdiqlənib.
Mütəxəssislər xəstəliyin yenidən geniş yayılmasını peyvənd əleyhinə təbliğatın güclənməsi və səhiyyə qurumlarına etimadın azalması ilə əlaqələndirirlər.
Qızılca yüksək hərarət, tənəffüs problemləri və dəri səpgiləri ilə müşayiət olunur. Xəstəlik pnevmoniya kimi ağır fəsadlara səbəb ola və hər il dünyada minlərlə insanın ölümünə gətirib çıxara bilər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Noyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















