ABŞ də qubernatorluğa namizəd çılpaq saxlanıldı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Cənubi Karolina ştatında Demokratlar Partiyasından qubernator postuna namizəd olan Uilyam Makleod polis tərəfindən saxlanılıb.
Bakupost.az xəbər verir ki, onun həbsi barədə "New York Post" qəzeti məlumat yayıb.
Məlumata görə, insident Çarlstonda baş verib. Polis Makleodu şəhər mərkəzində yalnız alt paltarı və ayaqqabı ilə, yüksək səslə qışqıraraq gəzdiyi üçün saxlayıb. Protokolda onun narkotik maddələrin təsiri altında ola biləcəyi ehtimalı qeyd olunub.
Saxlanılarkən Makleod özünü “Tanrı” və “Supermen” adlandırıb, həmçinin seçkiyə qatılacağını bildirib. O, rəqibini “dişlərini qırmaqla” hədələyib. Nəticədə namizədə xırda xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
Hadisədən sonra Demokratlar Partiyasının rəhbərliyi Makleodu qubernator seçkilərində iştirakdan imtina etməyə çağırıb.
Hazırda Makleod ştatda sözügedən partiyanın yeganə namizədidir.
Buna qədədr o, Çarlstonda tanınmış vəkil kimi fəaliyyət göstərib, 2010-cu ildə də qubernator seçkilərinə qatılsa da seçilə bilməyib. Daha sonra 2026-cı il seçkilərində namizədliyini elan edən ilk demokrat olub.
Ayxan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















