ABŞ də sosial məsuliyyət layihələri hazırlayan AmeriCorps könüllülərinə verilən təqaüdlər kəsiləcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının dövlət xərclərinin azaldılması istiqamətində atdığı addımlara uyğun olaraq ABŞ-də gənc könüllüləri sosial məsuliyyət layihələrinə təyin edən AmeriCorps tərəfindən verilən təqaüdlərin kəsiləcəyi bildirilib.
Fəaliyyətlərdə iştirakları müqabilində tələbə təqaüdü verilən 18-26 yaş arası 2 mindən çox könüllüyə göndərilən e-poçtda Tramp administrasiyasının prioritetlərinə uyğun olaraq könüllülük fəaliyyətlərinin dayandırılacağı deyilib.
Qeyd olunub ki, bir çox sahələrdə sosial məsuliyyət layihələri hazırlamış könüllülər ayın sonunda Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) federal xərclərin azaldılması hədəfləri çərçivəsində işdən çıxarılacaqlar.
Təxminən 10 ay çalışan könüllü tələbələrin əsas ehtiyaclarını qarşılayan proqram 30 ildir sosial məsuliyyət layihələri hazırlayır.
İşlərinin qarşılığında tələbə təqaüdü verilən könüllülər, təhsil, təbii fəlakətlər, şəhər və kəndlərin inkişafı kimi bir çox sahədə ehtiyacı olanlara yardım edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















