ABŞ də Trampın varisi uğrunda ciddi mübarizə başlayıb
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"ABŞ Prezidenti Donald Trampın üçüncü müddətə prezident seçilmək şansı yoxdur, çünki bu, ABŞ Konstitusiyasına düzəliş edilməsi kimi olduqca mürəkkəb bir prosedur tələb edir".
Redaktor.az xəbər verir ki, bu barədə Amerikaşünaslıq üzrə ekspert Malek Dudakov gazeta.ru-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-də “Trampın varisi uğrunda ciddi mübarizə” gedir.
Ekspert vurğulayıb ki, Donald Trampın yenidən prezident olmaq üçün real şansı yoxdur və o, bunu çox yaxşı başa düşür.
Dudakovun sözlərinə görə, bu məhdudiyyətin aradan qaldırılması üçün ABŞ Konstitusiyasına yeni düzəliş edilməlidir. Bunun üçün Tramp Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu qazanmalı, daha sonra isə ştatların azı 75 faizi bu düzəlişi təsdiqləməlidir.
Ekspertin fikrincə, Tramp üçüncü müddət barədə açıqlamaları sənədlərdə ABŞ Prezidentinin də adının çəkildiyi məşhur maliyyəçi Ceffri Epşteynlə bağlı xəbərlərin gündəmdən kənarlaşdırılması məqsədi ilə səsləndirir.
Qeyd olunub ki, Tramp eyni zamanda diqqəti ABŞ-nin hazırda üzləşdiyi real problemlərdən – iqtisadi və miqrasiya məsələlərindən yayındırmağa çalışır.
Dudakov əlavə edib ki, əgər 2028-ci ildən söhbət gedirsə, Tramp administrasiyası daxilində varis uğrunda ciddi siyasi mübarizə artıq başlayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Fevral 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















