Lids qış transfer dönəmində Liverpul un futbolçusunu transfer etməyi planlaşdırır
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Lids" "Liverpul"un yarımmüdafiəçisi Harvi Elliottun transferi ilə bağlı ümidverici siqnal alıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda icarə əsasında "Valensiya"da çıxış edən 23 yaşlı ingilis futbolçu gözləntiləri doğralda bilmədiyi üçün, ispanlar onu 2027-ci ilin yanvarında "Liverpul"a geri qaytarmağa hazırlaşır. Belə ki, o, indiyədək heç bir oyuna start heyətində başlamayıb, sonuncu qarşılaşmada isə meydandan qovulub.
"Liverpul"un Elliott ilə bağlı planları yoxdur. Baş məşqçi Andoni Iraola onu komandasında görmür. Oyunçu ilə müqavilə 2028-ci ilə qədər qüvvədə olduğundan, klub onun transferindən gəlir əldə etməyə çalışır. Futbolçunun özü isə yenidən icarəyə getməkdənsə, başqa bir Premyer Liqa klubuna daimi keçid etməyə üstünlük verir.
Qeyd edək ki, "Lids" bir müddətdir ki, Elliottu izləyir və onu "qış transfer pəncərəsi"ndə transfer etmək istəyir.
"Transfermarkt" oyunçunu 18 milyon avro dəyərində qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















