ABŞ dən atəşkəslə bağlı MÜHÜM AÇIQLAMA: Bəlkə də elə bu gün
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "12 News"a müsahibəsində deyib.
Bessent Donald Trampın ABŞ və İsrailin əməliyyatları zamanı İranın aviasiyası və donanmasının "məhv edildiyi" barədə sözlərini təkrarlayıb. O əlavə edib ki, Tehran iqtisadi baxımdan da məğlubiyyətə uğrayıb.
"Biz onların boğazından yapışmışıq. Onlarda ərzaq inflyasiyası 150-180 faizdir, qoşunlarını saxlaya bilmirlər", - deyə o vurğulayıb.
Bununla əlaqədar ABŞ Maliyyə Nazirliyinin rəhbəri atəşkəs haqqında razılaşmanın bu gün və ya sabah imzalana biləcəyini istisna etməyib. Onun sözlərinə görə, mümkün atəşkəsin müddəti 30 və ya 60 gün ola bilər.
Xatırladaq ki, iyunda əldə olunan anlaşma memorandumu 60 günlük atəşkəsi nəzərdə tuturdu. Bu müddət ərzində ABŞ və İran sülh sazişinin bütün parametrlərini yekun şəkildə razılaşdırmalı idilər. İyulun əvvəlində döyüş əməliyyatları yenidən başlayıb və ayın sonunadək davam edib. Həmin vaxtadək ABŞ Prezidenti Donald Tramp İranın energetika sisteminə zərbələri təxirə salıb və danışıqların bərpa olunduğunu bəyan edib.
Baxış sayı:160
Bu xəbər 07 Avqust 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















