Icma.az
close
up
RU
ABŞ dən Bakıya MÜHÜM reverans Naxçıvana gedən YOL...

ABŞ dən Bakıya MÜHÜM reverans Naxçıvana gedən YOL...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) ötən il ərzində əhəmiyyətli irəliləyiş əldə edib”. Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Ağ Evdə tarixi sənədlərin imzalanmasının ildönümü ilə bağlı bildirib. “Son bir il ərzində biz TRIPP-in həyata keçirilməsində əhəmiyyətli irəliləyişlər gördük və bu layihə inkişaf etməyə davam edəcək”, - diplomat birinci ildönümlə bağlı səfirliyinin X sosial media hesabında yerləşdirilmiş video mesajında qeyd edib.

Onun sözlərinə görə, marşrut Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək, Şərqlə Qərb arasında inteqrasiyaya və əlaqələrin inkişafına təkan verəcək, həmçinin Azərbaycan və bütün region üçün iqtisadi səmərə yaradacaq. Bəyanatda ən diqqətçəkən məqam təbii ki, Zəngəzur dəhlizinin Azərbaycan üçün maneəsiz olacağı ilə bağlı detaldır. Hansı ki, ötən il avqustun 8-də Ağ Evdə imzalanmış üçtərəfli Birgə Bəyannamədə də əksini tapıb.

Bəs səfirlik bu xüsusatı niyə qabardıb? Biz 2027-cu ildən Naxçıvana heç olmasa, quru yolla gedə bilərikmi?

Deputat Elşad Musayev Musavat.com-a açıqlamasında Zəngəzur dəhlizinin açılmasının qaçılmaz proses olduğunu qeyd edib. Bu marşrutun işə düşməsi işlərinin sürətlənəcəyini gözləyən Elşad Musayev hesab edir ki, ABŞ gedişatı izləyir və idarə edir: "Birləşmiş Ştatlar bu layihə üçün vəsaiti də artırdı və məqsəd logistikanın tezliklə reallaşmasıdır. Nəzərə alaq ki, ABŞ Cənubi Qafqazda uğur qazandığını nümayiş etdirmək istəyir. Tramp administrasiyası Rusiyaya göstərir ki, onun edə bilmədiyini Vaşinqton qısa müddətdə reallaşdırır: həm sülh mətninin paraflanması, həm də TRİPP proyektinin razılaşdırılması. Halbuki müharibədən sonra Rusiya hər iki məsələdə vasitəçi kimi rol oynamağa çalışdı, amma işi uzatdı. Bu da onun strateji rəqabətdə məğlubiyyətinə gətirdi. Nəticədə Zəngəzur dəhlizinə nəzarət şansını da itirdi, Bakı ilə İrəvan arasında sülh əldə olunmasında moderator kimi özünü piar etmək fürsətini də əldən verdi. Bununla ABŞ Cənubi Qafqazda öz təsir gücünü artıracaq. Ona görə də Zəngəzur dəhlizinin açılması Vaşinqtona lazımdır".

Deputatın fikrincə, Naxçıvana quru yolla getmək mümkün olacaq, amma bunun tarixini konkretləşdirmək çətindir: "Dəqiq tarix texniki məsələdir. Hazırda Ermənistan üzərinə düşən işləri yerinə yetirməlidir. Bilirsiniz ki, yolda ABŞ şirkəti fəaliyyət göstərəcək, Ermənistanla müştərək şəkildə təhlükəsizliyə cavabdeh olacaq. Yəni bizim yüklər Naxçıvan gedəndə onların maneəsiz keçidi təmin olunmalıdır. Bu logistikaya ABŞ qarantiya olduğu üçün təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq. Hər hansı insident və ya təxribata görə hər iki tərəf məsuliyyət daşıyacaq. Azərbaycan qarşısında götürülən öhdəliklər yerinə yetirilməlidir. Əslində, son aylar Azərbaycandan tranzit keçməklə Rusiyanın taxıl, gübrə, kömür mallarının Ermənistana problemsiz keçidi göstərdi ki, bu məsələdə hər hansı narahatlıq yoxdur. Yəni burada kimsə maraqlı olmamalıdır ki, Naxçıvana yük daşıyan azərbaycanlı sürücülərə maneələr yaradılsın, təxribata əl atılsın. O halda, Trampın adını daşıyan bir layihənin imicinə xələl gətiriləcək. Zənnimcə, çox uzaq olmayan tarixdə Naxçıvana maneəsiz gediş-gəliş mümkün olacaq. Artıq ABŞ kimi beynəlxalq təminat var, eyni zamanda Rusiya və İran da bu marşrutdan müəyyən mənada pay götürə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Avqust 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri