Icma.az
close
up
RU
İtalyan şirkətlərinə əməkdaşlıq təklif edirik Zakir İbrahimov

İtalyan şirkətlərinə əməkdaşlıq təklif edirik Zakir İbrahimov

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bu gün kritik minerallar qlobal iqtisadi təhlükəsizlik, sənaye və enerji keçidi üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu istiqamətdə əsas rollardan birinə malik olmaq üçün lazımi potensialı var.

Bakıvaxtı.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində keçirilən "Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada deyib.

“Sual ola bilər ki, niyə Azərbaycan? Çünki ölkəmiz zəngin mineral xammal bazasına, sənaye və enerji infrastrukturuna, Orta Dəhliz üzərində əlverişli coğrafi mövqeyə malikdir. Bu üstünlüklər ölkəmizə yalnız xammal tədarükçüsü deyil, həm də regionda emal və logistika imkanlarını birləşdirən mərkəzə çevrilmək potensialını verir. Bu strateji hədəfə çatmaq üçün ölkəmizdə ardıcıl addımlar atılır. Prezident İlham Əliyev çıxışında dağ-mədən sənayesinin perspektivliyi, iqtisadiyyatımız üçün əhəmiyyətini və istehsalat zəncirinin tam qurulmasının vacibliyini xüsusi vurğulayıb və bu ilin sentyabr ayında Azərbaycanda mineral, metallurgiya və dağ-mədən sahələrinin inkişafını əhatə edən 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı təsdiqlənib. Milli dağ-mədən şirkəti olaraq "AzerGold" bu strateji hədəflərin həyata keçirilməsində fəal iştirak edirik. Burada mən konkret nümunələri göstərmək istərdim. Birincisi, ölkəmizdə aparılan genişmiqyaslı, bu günün tələblərinə, yəni texnologiya baxımından bu günün tələblərinə cavab verən ən müasir yanaşmaları tətbiq etməklə tədqiqat və kəşfiyyat işlərinin ölkə üzərində aparılması. Filizçay polimetal yatağında mövcud ehtiyatlar, xüsusən də mis və sink üzrə ehtiyatlar geniş investisiya imkanlarını yaradır”.

O, Naxçıvan Muxtar Respublikası ərazisində artıq icrada olan layihəni qeyd edib: "Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə ortaq şirkət yaradaraq mis yataqlarının kəşfiyyatı aparılmaqdadır. Bu forumda xüsusən bizim Daşkəsən dəmir-mis layihəsini qeyd etmək istərdim. Nümunə kimi, İtaliyanın "Tenova" şirkəti ilə və "SACE" kimi maliyyə tərəfdaşları ilə əməkdaşlıq müasir texnologiyaların və beynəlxalq maliyyə alətlərinin birləşməsini təmin edir. Bu nümunə göstərir ki, İtaliya ilə tərəfdaşlıq yalnız niyyət deyil, artıq real nəticədir".

"Bu gün biz italyan şirkətlərinə birgə dəyər yaratmaq, emal, texnologiya və məhsulun son mərhələsinədək uzanan zəncirə əməkdaşlıq təklif edirik. Bu forum qarşılıqlı etimadı yeni layihələrlə, birgə layihələrə çevirmək üçün yaxşı fürsətdir. İtaliyalı tərəfdaşlarımızı bu istiqamətdə birgə işləməyə dəvət edirəm", - deyə Z.İbrahimov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri