ABŞ dən “Hizbullah”a çağırış: “Silahları təhvil versəniz, hər şey dayanacaq”
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Livandakı səfiri Mişel İssa İsrailin hücumlarının dayandırılması üçün radikal şiə qruplaşması “Hizbullah”ı silahı yerə qoymağa çağırıb.
Redaktor.az xəbər verir ki, diplomat bu barədə Livan parlamentinin spikeri Nəbih Berri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında danışıb.
“Zərbələr vaxtı çatanda dayandırılacaq. Bundan əlavə, siz “Hizbullah”a deməlisiniz ki, əgər silahlarını təhvil versələr, hər şey dayanacaq”, - deyə İssa bildirib.
Qeyd edək ki, iyunun 26-da İsrail və Livanın çərçivə sazişi imzaladığı məlum olub. Sazişə əsasən, İsrail Müdafiə Qüvvələri Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır. Tərəflər sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə Vaşinqtonda imzalayıblar.
Bundan sonra “Hizbullah” lideri Naim Qasim İsrail və Livan arasında əldə olunan razılaşmanı “xəyanət” adlandıraraq rədd edib. O, Livan hökumətini birtərəfli güzəştlərə getməkdə və ölkənin suverenliyini zəiflətməkdə ittiham edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 14 Avqust 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















