Icma.az
close
up
RU
ABŞ dən İrana sərt xəbərdarlıq: “3 dəqiqəniz var”

ABŞ dən İrana sərt xəbərdarlıq: “3 dəqiqəniz var”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Hörmüz boğazında vəziyyət daha da gərginləşib. ABŞ hərbçilərinin yaxınlıqdakı neft tankerinə zərbə endirməzdən əvvəl radio vasitəsilə xəbərdarlıq etdiyi an Çin gəmisinin heyəti tərəfindən qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə zamanı Çin gəmisinin heyəti ABŞ hərbi təyyarəsinin radio ilə tankerə xəbərdarlıq etdiyini eşidib.

Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hava hücumları ilə başlayan müharibə qısa müddətdə dənizdə də böhran yaradıb. pizza

İran buna cavab olaraq dünyanın əsas neft daşınma yollarından biri olan Hörmüz boğazını xarici gəmilər üçün bağladığını açıqlayıb. Müharibədən əvvəl boğazdan gündə təxminən 20 milyon barel neft daşınırdı. Müharibənin ilk aylarında boğazdan keçən gəmi sayı 90 faizdən çox azalıb. Apreldə isə ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayıb.

ABŞ İranın “kölgə donanması” adlandırdığı və sanksiyalara məruz qalan neft tankerlərini hədəfə almağa başlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) tətbiq etdiyi üsullardan biri tankerlərin müəyyən hissələrinə zərbə endirərək onları hərəkətsiz vəziyyətə salmaqdır. Bundan əvvəl gəmi heyətinə təxliyə üçün vaxt verilir.

Çin İran neftinin əsas alıcılarından biri olduğundan Çinlə əlaqəli gəmilər bəzən Hörmüz boğazından keçməyə davam edib.

Hadisə zamanı bölgədə ABŞ-ın hərbi gəmilərinə İran İnqilab Keşikçiləri Korpusunun ballistik raketlərlə hücum etdiyi bildirilib. ABŞ gəmiləri hücumları dəf edib və itki verməyib.

Bundan sonra CENTCOM eyni gün İranla əlaqəli üç xam neft tankerini hədəfə alıb. Hörmüz boğazında olan Çin gəmisinin heyəti ABŞ hərbi təyyarəsinin yaxınlıqdakı “Stark 1” tankerinə radio vasitəsilə xəbərdarlıq etdiyini eşidib.

ABŞ hərbçisinin radio ilə bu sözləri dediyi bildirilir:

“ABŞ hərbi təyyarəsi danışır. Gəminizin arxa hissəsinə atəş açmağa hazırlaşıram. Heyəti arxa hissədən uzaqlaşdırmaq üçün 3 dəqiqəniz var”.

Qısa müddət sonra tankerə zərbə endirilib və gəmidə yanğın baş verib.

ABŞ hərbçisinin xəbərdarlığı isə Çin gəmisinin heyəti tərəfindən lentə alınıb.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri