ABŞ dən İrana yeni təklif: Stiv Uitkoff danışıqlardan kənarlaşdırıla bilər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İran ABŞ-dən münaqişənin nizamlanması üzrə yeni təklif alıb: danışıqlarda Ağ Ev liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffun vitse-prezident Cey Di Vens ilə əvəz olunmasının mümkünlüyü bildirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fars" agentliyi Tehrandakı mənbəyə istinadən məlumat verib.
"Tramp açıq şəkildə görüşə və saziş imzalanmasına can atır. ABŞ-nin təklifi Uitkoffun İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın çevrəsinə yaxınlığı səbəbindən mandatından uzaqlaşdırılmasını nəzərdə tutur", - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Vens ilə danışıqlar İranın tələblərinə cavab olaraq ciddi dialoq üçün mühit yaratmalıdır.
Mənbə qeyd edib ki, Vaşinqton davam edən münaqişə səbəbindən gələn həftə enerjidaşıyıcılarının qiymətinin daha da yüksəlməsindən narahatdır. ABŞ tərəfi belə bir ssenarinin qarşısını almağa ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Aprel 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















