ABŞ dən Ukraynaya böyük dəstək “Patriot və Starlink” xidmətlərinin satışına razılıq verdi
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ Dövlət Departamenti Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin saxlanması üçün texniki dəstək, eləcə də "Starlink" peyk rabitə xidmətlərinin satışına icazə verib.
Bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) rəsmi açıqlama yayıb.
Məlumata görə, Starlink xidmətlərinin satışının ümumi dəyəri təxminən 150 milyon dollar, Patriot sistemlərinin texniki dəstəyi isə 179 milyon dollar məbləğində qiymətləndirilir.
Satış paketlərinə aşağıdakılar daxildir:
-“Patriot” sistemləri üçün ehtiyat hissələri və modifikasiya dəstləri;
-Proqram təminatı və texniki təlimatlar;
-Avadanlıqların yoxlanması üçün test qurğuları;
-Operatorların və texniki heyətin təlimi;
-Logistika və mühəndis dəstəyi;
-Starlink paketinə isə:
-Rabitə bağlantıları;
-Proqram təminatı dəstəyi;
-Logistika və texniki xidmətlər daxil olacaq.
Qeyd olunur ki, bu satışlar hələ yekun müqavilə formasında deyil. Dövlət Departamentinin Konqresə göndərdiyi bildiriş sadəcə mümkün satışı təsdiqləyir. Satışla bağlı yekun qərar müqavilə danışıqları başa çatdıqdan sonra veriləcək.
Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin məlumatında bildirilir ki, satışların məqsədi “bölgədəki əsas strateji tərəfdaş olan Ukraynanın təhlükəsizliyini gücləndirmək və özünü müdafiə qabiliyyətini artırmaqdır”.
Xatırladaq ki, "Starlink" peyk rabitə sistemi hazırda Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında rabitə və pilotsuz uçuş aparatlarının idarəsi üçün əsas vasitələrdən biridir. “Patriot” sistemləri isə Ukraynanın Rusiyanın raket və pilotsuz aparat hücumlarına qarşı müdafiəsini təmin edən ən müasir hava hücumundan müdafiə komplekslərindən sayılır.
"AzPolitika.info"
Baxış sayı:121
Bu xəbər 30 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















