Icma.az
close
up
RU
“ABŞ dərhal NATO dan çıxmalıdır“ İlon Mask

“ABŞ dərhal NATO dan çıxmalıdır“ İlon Mask

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Amerikanın Avropanın müdafiəsinə pul xərcləməsinin mənası yoxdur..."

Amerikalı milyardçı internetdə trampçıların radikal tələblərinə dəstək verib və bəyan edib ki, ABŞ mümkün qədər tez NATO-dan çıxmalıdır.

Moderator.az xəbər verir ki, bu barədə amerikalı oliqarx və ABŞ hökumətinin üzvü İlon Mask bəyan edib. Məlumatı "rtvi.com" nəşri yayıb.

Belə ki, milyardçı "X" platformasında bir istifadəçinin ABŞ-ın NATO-dan "dərhal" çıxmasını tələb edən paylaşımına cavab olaraq yazıb: "Biz həqiqətən də çıxmalıyıq. Amerikanın Avropanın müdafiəsinə pul xərcləməsinin mənası yoxdur", - Mask bildirib.

ABŞ prezidenti həmin gün jurnalistlər qarşısında çıxış edərkən NATO müttəfiqlərini "hesabları ödəmədikləri təqdirdə müdafiəsiz buraxmaqla" hədələdiyini bildirib.

"Bu, sadə məntiqlə izah olunur, elə deyilmi?" - Tramp Ağ Evdə jurnalistlərə bildirib. "Əgər onlar ödəniş etməsələr, mən də onları müdafiə etməyəcəyəm. Xeyr, müdafiə etməyəcəyəm".

NATO-nun 5-ci maddəsi və ABŞ-ın müdafiəsi

Nəşr xatırladır ki, NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsi tarixdə yalnız bir dəfə- Avropa ABŞ-ı müdafiə etdikdə tətbiq olunub. Bu, 11 sentyabr 2001-ci il terror aktlarından sonra baş verib. 

Hadisə ABŞ-a hücum kimi qiymətləndirilib və NATO-nun 5-ci maddəsi dərhal aktivləşdirilib. Bunun əsasında Avropa müttəfiqləri ABŞ-ın Əfqanıstanda Taliban rejiminə qarşı hərbi əməliyyatına qoşulub.

ABŞ-ın xarici siyasəti və Maskın mövqeyi

Nəşr yazır ki, son dövrlərdə ABŞ əsilli olmayan oliqarx İlon Mask Amerika xarici siyasətinə fəal müdaxilə edir. O, bir neçə gün öncə ABŞ-ın həm NATO-dan, həm də BMT-dən dərhal çıxmasını tələb edib.

Son aylarda Mask ABŞ-ın Avropadakı əsas müttəfiqləri olan Böyük Britaniya və Almaniya rəhbərliyini dəfələrlə tənqid edib və bu ölkələrdəki sağ populist siyasətçiləri tərifləyib. Berlin və London Maskın bu açıqlamalarını öz ölkələrinin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

NATO və Avropanın ABŞ-dan asılılığı

NATO çərçivəsində Avropa ölkələri "soyuq müharibə"dən sonra əhəmiyyətli dərəcədə silahsızlaşdıqları üçün ABŞ-a bir sıra sahələrdə-rabitə, kəşfiyyat, logistika, eləcə də strateji hərbi rəhbərlik və atəş gücü baxımından böyük ölçüdə bağlıdır.

Ötən həftə Avropa İttifaqının liderləri Brüsseldə təcili sammit keçirərək müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını müzakirə edib. Onlar Avropa Komissiyasının hərbi xərcləri maliyyələşdirmək üçün Avropa İttifaqı ölkələrinə 150 milyard avroya qədər kredit ayrılması təklifini, eləcə də milli büdcələrdən 650 milyard avronun 4 il ərzində müdafiəyə xərclənməsinə icazə verilməsi planlarını müzakirə edib.

ABŞ-ın NATO-dan çıxması mümkün deyil?

"Son həftələrdə baş verənləri olduqca təlatümlü hadisələrin inkişafı adlandırardım", - Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus cümə günü "Bloomberg TV"-də bildirib. "ABŞ-ın strateji xəttinin nə olacağı hələ tam aydın deyil".

ABŞ qanunvericiliyinə əsasən, prezident ölkənin NATO-dan çıxması ilə bağlı birtərəfli qərar verə bilməz. Bunun üçün ya Senatda üçdə iki səs çoxluğu, ya da Konqresin müvafiq qərarı tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Mart 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri