Sağ qalmaq üçün Almaniya NATO dan çıxmalıdır Dağdelen
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya özünü qorumaq naminə NATO-dan çıxmalıdır.
Axar.az xəbər verir ki, bunu Almaniyanın “Sahra Vaqenknext Alyansı – Ağıl və Ədalət naminə” partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdelen deyib.
“Partiyanın gənclər qanadı kimi mən də burada açıq və birmənalı şəkildə bəyan edirəm: Almaniya NATO-dan çıxmalıdır. Biz artıq Amerika korporasiyalarının və oliqarxlarının şəxsi maraqlara əsaslanan siyasətinin diktəsinə tabe olmayan neytral ölkəyə ehtiyac duyuruq. NATO dəyərlərə əsaslanan və müdafiə xarakterli alyans deyil. Hazırda bunu iki istiqamətdə sübut edir: İsrailin fələstinlilərə qarşı soyqırımını dəstəkləyir və Ukraynada Rusiyaya qarşı proksi müharibə aparır. Bu gün NATO-ya "hə" deyən hər kəs ABŞ hegemonluğunun tənəzzülünü dayandırmaq naminə qlobal müharibə strategiyasına "hə" deyir”,- o bildirib.
Dağdelen qeyd edib ki, Almaniya əhalisinin 52%-i Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını dəstəkləyir:
"NATO isə əksinə, Rusiya ilə qarşıdurmanın eskalasiyası istiqamətində hərəkət edir. Almaniya ən azı özünü qorumaq naminə bu məntiqdən imtina etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Sentyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















