Icma.az
close
up
RU
ABŞ diqqətlə izləyir: Türk dünyasının yeni bir mərhələyə qədəm qoyub

ABŞ diqqətlə izləyir: Türk dünyasının yeni bir mərhələyə qədəm qoyub

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Faiq Ələkbərli: ABŞ çalışır ki, güclənən dövlətlər məhz öz maraqları çərçivəsində hərəkət etsin

Beynəlxalq siyasətdə güc balansının dəyişməsi Türkiyənin həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada artan rolunu daha da önə çıxarır. ABŞ-nin keçmiş prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə köməkçisi Tomas Qremin sözlərinə görə, Vaşinqton Türkiyəni Cənubi Qafqazda mühüm müttəfiq hesab edir və onun regional fəallığına qarşı deyil. Qrem bildirir ki, ABŞ-nin Cənubi Qafqazda birbaşa maraqları olduğundan burada daha fəal iştirak etmək niyyətindədir, lakin bu prosesdə Türkiyəyə tam güvənəcəyini düşünmür. Bununla belə, ABŞ Türkiyənin Mərkəzi Asiyada oynadığı rolu da müsbət qarşılayır. Bu yanaşmalar göstərir ki, Türk dünyasının yeni mərhələyə daxil olduğu bir zamanda həm Türkiyənin, həm də Azərbaycanın artan regional çəkisi beynəlxalq güclərin diqqət mərkəzindədir.

AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının ən azı 150 ildir dünyada müəyyən bir mövqeyə sahib olduğunu bildirib:

"İkinci Dünya müharibəsindən sonra isə bu mövqeyini daha da gücləndirərək supergüc statusuna yüksəldi. ABŞ-nin keçmiş prezidenti Corc Buşun müşaviri Tomas Grimm-in Türkiyənin həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada rolunun artması barədə söylədikləri də təsadüfi deyil. Əslində, hər hansı bir ABŞ rəsmisi Türkiyə və ya Türk dünyası ilə bağlı fikirlər irəli sürürsə, bunu ABŞ-nin bölgədən maraqlarını geri çəkməsi kimi qiymətləndirmək olmaz. ABŞ supergüc statusuna yüksəldiyi dövrdən etibarən həmişə öz maraqlarını ön planda saxlayıb. Bu baxımdan Tomas Grimm-in Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada artan nüfuzu ilə bağlı dediklərini də birtərəfli şəkildə dəyərləndirmək doğru olmaz. ABŞ hər zaman çalışır ki, hansısa regionda və ya qitədə güclənən dövlətlər məhz öz maraqları çərçivəsində hərəkət etsin və bu çərçivədən çox kənara çıxmasınlar. Bugünkü vəziyyətdə Türkiyənin regionda və hətta qlobal miqyasda nüfuzunun artmasını ABŞ diqqətlə izləyir. Eyni zamanda narahatlıq doğuran məqamlar da mövcuddur. Grimm Türkiyəni müsbət şəkildə xarakterizə etsə də, biz buna bir mənalı yanaşmamalıyıq. Çünki həm Böyük Britaniyanın, həm də ABŞ-nin siyasəti uzun illərdir bəllidir. Əbədi maraqlar var, lakin əbədi dostluqları yoxdur. Bu baxımdan Türkiyə bu maraqlar çərçivəsində həm dost, həm də opponent kimi görünə bilər".

Hazırkı şəraitdə Türk dünyasının yeni bir mərhələyə qədəm qoyduğunu söyləyən ekspert, Türk Dövlətləri Təşkilatının mövcudluğunun da bu prosesin göstəricisi olduğunu qeyd edib:

"Bu səbəbdən ABŞ da həm Türkiyəni, həm də Türk Dövlətləri Təşkilatını nəzərə almaya bilməz. Məsələyə hərtərəfli yanaşmaq zəruridir. Türk dünyası yeni inkişaf mərhələsinə daxil olur və bu prosesdə Türkiyənin müstəsna, Azərbaycanın isə özünəməxsus və artan rolu vardır. Xüsusən də Azərbaycanın regionda və dünyada mövqeyi güclənməkdədir. Bu şəraitdə bizim əsas vəzifəmiz üzərimizə düşən öhdəlikləri düzgün qiymətləndirərək daha da güclənməkdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində birlik və gücümüzü artırmalıyıq ki, həm dünyada, həm də regionda mövqeyimiz daha təsirli və keçərli olsun".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri