ABŞ Dövlət Departamenti AzərbaycanErmənistan nizamlanmasının Vaşinqton üçün əhəmiyyətindan danışdı KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hazırkı administrasiya son günə kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel “ABŞ-ın səyləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına gətirib çıxarmayıb. Rəsmi Vaşinqton bundan məyus olubmu?” sualını cavablandırarkən deyib.
“Biz məyusluqlara diqqət yetirməməyə çalışırıq və sadəcə işləməyə davam edirik. Katib Blinken bir müddət öncə deyib ki, bir çox məsələlərdə nəticə əldə etmək üçün uzun müddət lazımdır. Bu məsələ bu administrasiya və dövlət katibi üçün həyati əhəmiyyət kəsb edir. Biz son günə qədər bu məsələ üzərində işləməyə davam edəcəyik”, deyə o, qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 20 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















