Icma.az
close
up
RU
ABŞ Dövlət Departamenti Suriya ilə bağlı Türkiyəyə müraciət edib

ABŞ Dövlət Departamenti Suriya ilə bağlı Türkiyəyə müraciət edib

Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, Ankara Suriyadakı vəziyyətin həlli üçün öz təsir gücündən istifadə etməlidir. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Ondan Vaşinqtonun Suriya münaqişəsinin həlli üçün hansı təsir mexanizmlərinə malik olduğu soruşulub. "Dünən dövlət katibi Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıb," -  Miller deyib.

Miller söhbətin detallarını açıqlamaqdan imtina edib.

"Biz bölgə ölkələrinin nümayəndələri ilə apardığımız bütün danışıqlarda hər bir ölkəni öz təsir gücündən istifadə etməyə, eskalasiyanın qarşısını almağa və deeskalasiya üçün səy göstərməyə çağırmağa davam edirik. Biz istəmirik ki, hər hansı bir ölkə Suriyadakı vəziyyətdən istifadə edərək öz maraqlarını güdsün və Suriyanın qeyri-sabitliyindən faydalansın. Biz istəyirik ki, bütün ölkələr təsir vasitələrini tətbiq edərək eskalasiyanın dayandırılmasına, mülki əhalinin müdafiəsinə və sonda siyasi prosesin irəliləməsinə kömək etsinlər," -  Miller deyib.

Diplomat əlavə edib ki, ABŞ-ın Suriya prezidenti Bəşər Əsədə qarşı siyasəti dəyişməyib.

Bununla yanaşı, o, Vaşinqtonun daha əvvəl dəfələrlə bəyan etdiyi kimi, Əsədin istefa verməsini istəməsi məsələsinə aydınlıq gətirməkdən imtina edib.

Miller ABŞ-ın Suriyadakı hadisələrə müdaxiləsi ilə bağlı yayılan şayiələri yalan adlandırıb.

"Biz, əlbəttə ki, bu təşkilatı heç bir formada dəstəkləmirik. Sosial mediada yayılan müxtəlif şayiələri bilirəm, lakin bəzi hallarda etibarlı hesab olunan şəxslər iddia ediblər ki, biz bu hücumun arxasında dayanırıq. Bu, hər bir baxımdan, formada və ifadədə tamamilə yalandır," -  Miller vurğulayıb.

N.Təbrizli


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://anews.az
archiveBu xəbər 03 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri