Çiy toyuq ətini yumaq niyə təhlükəli hesab olunur?
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az Foodinfo.az-a saytına istinadla xəbər verir ki, ət məhsullarının saxlanması və hazırlanması zamanı gigiyena qaydalarına əməl olunması xüsusi əhəmiyyət daşıyır.
Çiy toyuq yuyulduqda su damcıları üzərindəki mikroorqanizmləri yaxınlıqdakı qab-qacaq, mətbəx səthləri və digər məhsullara daşıya bilər. Buna görə də toyuq ətinin yuyulması bakteriyaların məhv edilməsi üsulu hesab olunmur. Ətin təhlükəsizliyi onun kifayət qədər istilik emalından keçirilməsindən asılıdır. Çiy ət üçün ayrıca kəsmə taxtası və bıçaqdan istifadə edilməsi tövsiyə olunur. Ətə toxunduqdan sonra əllər sabunla yaxşı yuyulmalıdır. Çiy ətin qablaşdırılması da onun digər məhsullarla təmas etməsinin qarşısını almalıdır. Mağazadan alınan ət evə gətirildikdən sonra gecikdirilmədən soyuducuya yerləşdirilməlidir. Saxlama zamanı qablaşdırmada göstərilən temperatur və istifadə müddətinə riayət etmək vacibdir. Bu sadə qaydalar qida zəhərlənməsi riskinin azaldılmasına kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Noyabr 2026 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















