ABŞ edam üsullarında QAYDANI DƏYİŞDİ: Artıq güllələnmə də olacaq
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
ABŞ Ədliyyə Nazirliyi ölüm hökmlərinin icrası ilə bağlı qaydalara yenidən baxıldığını açıqlayıb.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, qurum bir sıra prosedurları sadələşdirdiyini və eyni zamanda güllələnməni edam üsulları siyahısına daxil etdiyini bildirib.
"Görülən tədbirlər arasında ölümcül inyeksiya protokolunun yenilənməsi və edamın icrası üçün güllələnmə dəstəsi kimi əlavə üsulların protokola daxil edilərək genişləndirilməsi yer alır", — deyə məlumatda bildirilib.
Bundan əlavə, ölüm hökmü ilə bağlı işlərin baxılmasını və icrasını sürətləndirmək üçün daxili proseslər sadələşdirilib.
Hazırda ABŞ-ın 27 ştatında, həmçinin federal səviyyədə ölüm hökmü tətbiq edilir.
Ən yüksək aktivlik ölkənin cənub bölgələrində müşahidə olunur, edamların sayına görə isə Texas lider hesab edilir.
Bir çox hallarda hökmün icrası üçün əsas üsul kimi ölümcül inyeksiya qalır, lakin preparatların çatışmazlığı səbəbindən hakimiyyət orqanları getdikcə daha çox alternativ metodları müzakirə və tətbiq edir.
Bizim.Media
Baxış sayı:146
Bu xəbər 24 Aprel 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















