ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə daha 3 milyon fayl yayımlayıb
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarına görə məhkum olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə daha 3 milyondan çox sənədin yayımlandığını elan edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilib.
Bu dəfə 2 min video və 180 min şəkil yayımlanıb. Ədliyyə Nazirliyinin məlumatına görə, əvvəlki fayllar da daxil olmaqla, bu iş üzrə ümumilikdə 3,5 milyon sənəd dərc edilib.
Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızların gətirildiyinə dair sübutların olduğunu açıqlayıb. Onlardan ən gənci 14 yaşında olub. Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dən deyil, bir çox digər ölkələrdən də çoxsaylı hazırkı və keçmiş dövlət rəsmiləri, sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları yer alıb. ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.
Tramp öz seçkiqabağı bəyanatlarında dəfələrlə işlə bağlı bütün materialları dərc edəcəyinə söz verib, lakin ABŞ Prezidenti olduqdan sonra uzun müddət onları yayımlamaq istəməyib. Noyabrın 20-də Tramp Epşteyn işinə dair materialların 30 gün ərzində dərc edilməsi barədə fərman imzalayıb. Dekabrın sonunda Ədliyyə Nazirliyi bəzi faylları dərc edib, lakin tənqidçilər dəfələrlə hər şeyin dərc edilmədiyini bildirirdilər. Bundan əlavə, yayımlanmış sənədlərdə məlumatların bir hissəsi silinib. KİV yazır ki, bu gün dərc edilmiş fayllarda da bir çox şey redaktə edilib və silinib.
Bu tənqidə cavab olaraq yeni faylların dərc edilməsi ilə bağlı mətbuat konfransı keçirən ABŞ Baş prokurorunun müavini Todd Blanş bildirib ki, Ədliyyə Nazirliyi bu sənədləri daha əvvəl dərc edə bilməzdi, çünki qurbanları qorumaq lazım idi. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi çox böyük sənədləri yoxlamalı və zərər çəkmiş şəxslərə ziyan vura biləcək məlumatları çıxarmalı idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Yanvar 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















