ABŞ nin Ədliyyə Nazirliyi “Epşteyn işi“ndə məşhurlara dair məlumatları gizlətməyəcəyini vəd etdi
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Ədliyyə Nazirliyi vəd edib ki, yeniyetmələrə təcavüzdə təqsirli bilinən maliyyəçi Ceffri Epşteynlə bağlı dərc olunan materiallarda tanınmış şəxslər və siyasi xadimlərlə bağlı heç bir məlumat gizlədilməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə Ədliyyə Departamentinin bəyanatında deyilir.
Qeyd olunur ki, tanınmış şəxslər və siyasilərlə bağlı heç bir istisna edilməyib və gələcəkdə də belə istisna olmayacaq.
Ədliyyə Nazirliyi bəyan edib ki, dekabrın 19-da yayımlanan yüz min sənəd və fotoşəkildən bəziləri müvəqqəti olaraq gizlədilib. Çünki quruma Epşteynin qurbanlarından və bu şəxslərin vəkillərindən onlara dair materialların ictimaiyyətə açıqlanmaması üçün tələblər daxil olub. Ədliyyə Nazirliyinin mütəxəssisləri həmin sənədləri nəzərdən keçirəcək və sonradan geri qaytaracaqlar.
Nazirlik həmçinin "Epsteyn işi" ilə bağlı daha yüz minlərlə səhifə material dərc etməyi planlaşdırır.
Lakin mütəxəssislər qurbanların məxfiliyini qorumaq üçün sənədləri yoxlamağa davam edəcəklər.
"Müvafiq ədliyyə departamentinin 200-dən çox hüquqşünası hər sənədi dərc olunmazdan əvvəl nəzərdən keçirmək üçün gecə-gündüz işləyir. Bu proses "Epsteyn işi" ilə bağlı materialların ictimaiyyətə açıqlanmasını xeyli gecikdirə bilər" - deyə, məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















