Abasov Türküstanda fərqi artırdı, Gövhər lideri məğlub etdi
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan şahmatçıları Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında növbəti görüşlərini keçiriblər.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında Nicat Abasov altıncı turda türkiyəli Arda Çamlarla heç-heçə edib, yeddinci turda isə qırğızıstanlı Eldiyar Orozbayevə qalib gəlib.
İlk dövrəni dörd qələbə və üç heç-heçə ilə tamamlayan qrossmeysterimiz 5,5 xalla turnir cədvəlinə başçılıq edir. Abasov ən yaxın izləyicisi Çamları bir xal qabaqlayır.
Qadınların mübarizəsində Gövhər Beydullayeva altıncı turda Macarıstanı təmsil edən lider Davaadəmbərəl Nomin Erdeneni məğlub edib. Şahmatçımız yeddinci turda qazaxıstanlı Zarina Nurqaliyeva ilə heç-heçə oynayıb. Beydullayeva beş xalla üçüncü pillədə qərarlaşıb və liderdən yarım xal geri qalır.
Veteranların turnirində çıxış edən Vüqar Bayramov dördüncü turda qazaxıstanlı Pyotr Kostenko ilə xalları bölüşüb. Bir qələbə, bir heç-heçə və iki məğlubiyyəti olan təmsilçimiz 1,5 xalla yeddinci yerdədir.
Noyabrın 24-də Abasov özbəkistanlı Abdimalik Abdisalimovla, Beydullayeva türkiyəli Gülənay Aydınla, Bayramov isə Türkmənistan təmsilçisi Karen Qriqoryanla qarşılaşacaq.
Qeyd edək ki, kişilərin və qadınların yarışları iki dövrədən ibarət dairəvi sistemlə, 14 tur üzrə keçirilir. Veteranların turniri isə yeddi turdan ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 Noyabr 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















