Icma.az
close
up
RU
ABŞ Ermənistan xartiyası Amerikanın regiona yerləşməsi üçün... ANALİZ

ABŞ Ermənistan xartiyası Amerikanın regiona yerləşməsi üçün... ANALİZ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bayden administrasiyasının  riyakarlığı ABŞ-nin  Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi


Ötən həftə ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Məqsəd Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir.

Ermənistan və Amerika Birləşmiş Ştatları arasında imzalanan ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji tərəfdaşlıq haqqında xartiya beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir. 

Qeyd edək ki, bu saziş  həmçinim Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. 

ABŞ ilə Ermənistan arasında saziş imzalanması, yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi A.Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür.

Artıq bir neçə günə öz postunu tərk edəcək A.Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş D.Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir. 

ABŞ və Ermənistan arasında imzalanan xartiya Bayden administrasiyasının xarici siyasət mirasını Tramp dövrünə də keçirmək, o dövrdə də həmin siyasəti təyin etmək istəyidir.

Bayden administasiyasının məqsədi yarımçıq, yalançı, üzdən səthi, altdan laxlayan olsa da Ermənistanla Azərbaycan arasında formal sülhə nail olmaqla adlarını tarixə həkk etmək idi ki, bu həmlələrin hər birini görürdük.

Tramp ümumiyyətlə, Ermənistan siyasətinə ciddi şəkildə yanaşmayacaq və konkret olaraq İrəvan arxa planda saxlanılacaq. Trampın bu sənəddən irəli gələcək məsələləri icra edəcəyi real görünmür.


Politoloq Yeganə Hacıyeva isə "Sherg.az"a açıqlamasında deyib ki, Bayden administrasiyasının  riyakarlığı ABŞ-nin  Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi. Xüsusən də Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planları iflasa uğradı. Nə zamansa Ermənistanla da eyni ssenari təkrarlanacaq.


Y. Hacıyevanın sözlərinə görə, ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişi Amerikanın regiona yerləşməsi üçün bir növ baza rolunu oynayır:


 "Əvvəla onu da deyim ki, bu  sənəd deyildiyi kimi o qədər də tələsik hazırlanmış bir sənəd deyil. ABŞ ilə Ermənistan arasında strateji sazişin detalları hələ 2024-cü ilin iyun ayında razılaşdırılmışdı.

Bəzi ekspertlər sənədin mahiyyətini həddindən artık qabardır. Hansı ki bu sadəcə tərəfdaşlıq sazişi kimi qəbul edilməlidir. 

Bu saziş ABŞ ilə Ermənistan arasındakı strateji tərəfdaşlıq dialoqunun yekun mərhələsi kimi Vaşinqtonun xarici siyasətində tərəfdaş ölkələrə tətbiq etdiyi adi praktikadır. 

 Yəni Ermənistanla imzalanan strateji tərəfdaşlıq sazişi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik anlamına gəlmir. 

Sənəd heç bir halda Ermənistanın dövlət təhlükəsizliyinə zəmanət vermir.

Ermənistan silahlı qüvvələrinin üçüncü bir dövlətə qarşı hücumu zamanı onu silah tədarükü və digər hərbi yardımla bağlı məsələləri özündə ehtiva etmir.

Qeyd etdiyim kimi bu saziş ABŞ-ın hərbi qruplarının Ermənistan ərazisində müxtəlif adlar altında yerləşdirilməsi üçün hüquqi əsas verir. Yəni  hazırda müxtəlif adlar altında Ermənistana yerləşdirilən ABŞ hərbçilərinin hüquqi statusunu müəyyənləşdirmək üçün imzalanıb.

Eyni xarakterli saziş 2009-cu ildə Gürcüstanla ABŞ arasında da imzalanıb.

Bu gün Gürcüstanla ABŞ arasında münasibətlər göz önündədir.

Hətta 26 oktyabr seçkilərindən sonra "gürcü arzusu" partiyasının qələbəsini həzm edə bilməyən Bayden administrasiyası həmin sazişdən imtina etdiyini elan edib".


Politoloq qeyd edib ki, sazişin bizim üçün maraqlı tərəfi ABŞ və Ermənistan arasında nüvə sənayesi sahəsində əməkdaşlığı dərinləşməsini nəzərdə tutulmasıdır:

"ABŞ ermənistanın enerji dayanıqlığının dəstəklənməsi üçün  ölkə ərazisində kiçik atom elektrik stansiyalarını yerləşməsini nəzərdən keçirir. Regionda, xüsusən də Ermənistan ərazisində belə bir layihənin dəstəklənməsi bizim maraqlarımıza uyğun deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Yanvar 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri