Icma.az
close
up
RU
Amerikanın rüsumları artırması Ermənistan üçün təhdidlər yaradır

Amerikanın rüsumları artırması Ermənistan üçün təhdidlər yaradır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Ermənistana 10 faizlik idxal rüsumu tətbiq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o bu barədə "Truth Social" səhifəsində paylaşım edib. Tramp aprelin 5-də ABŞ-də bütün idxala 10%-lik universal rüsumun qüvvəyə minəcəyini açıqlayıb.

Bu qərar ABŞ bazarında Ermənistan məhsullarının qiymətlərinə və rəqabətliliyinə necə təsir edəcək? Ermənistan iqtisadiyyatının zəifləməsi gözlənilirmi?

Mövzu ilə bağlı iqtisadçı Razi Abasbəyli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Amerika ilə Ermənistan arasındakı ticarət dövriyyəsi İrəvanın ümumi xarici ticarət dövriyyəsi ilə müqayisədə o qədər də böyük rəqəm deyil:

"2024-cü ildə Ermənistanın ümumi xarici ticarət dövriyyəsi 45 faiz artaraq 30 milyon dollar təşkil edib. 2023-cü illə müqayisədə bu məbləğ ABŞ ilə Ermənistan arasındakı ticarət dövriyyəsində idxal və ixrac əməliyyatlarında ciddi azalmanın olduğunu göstərir. 2023-cü ildə ABŞ-dən Ermənistana 160 milyon dollarlıq mal idxal edilibsə, 2024-cü ildə bu rəqəm 14 faiz azalaraq 121 milyon dollar təşkil edib. Eyni zamanda Ermənistandan Amerikaya ixrac olunan ticarətin həcmində 8.4 faizlik azalma baş verib. Ümumilikdə iki ölkə arasındakı ticarət dövriyyəsinin əsasını hərbi sənaye üzrə lazım olan strateji məhsullar, proqram təminatı, bir sıra təhlükəsizlik sistemlərinin formalaşdırılması üzrə xərclər təşkil edir. Bu xərclər Ermənistan üçün vacibdir".

Razi Abasbəyli: Ermənistan Rusiyanı beynəlxalq sanksiyalardan xilas etmək üçün üçüncü ölkə rolunu oynayır

R.Abasbəyli qeyd edib ki, Ermənistanın xarici ticarət dövriyyəsinin böyüməsi əsasən Rusiya ilə bağlıdır. Dediyinə görə, Ermənistan faktiki olaraq, Rusiyanı beynəlxalq sanksiyalardan xilas etmək üçün üçüncü ölkə rolunu oynayır. Buna görə də Ermənistanın tranzit xarakterli xarici ticarət dövriyyəsində artım var:

“Lakin Amerikanın rüsumları artırması Ermənistan kimi həssas və kövrək iqtisadiyyatı olan ölkələr üçün təhdidlər yaradır. Həmçinin yeni tariflər Paşinyan iqtidarının həyata keçirmək istədiyi bir sıra daxili təhlükəsizlik strateji proqram təminatını, hərbi sənaye üzrə müəyyən qarşılıqlı əməkdaşlıq proqramlarını təxirə sala və ya tamamilə ləğv edə bilər".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri