Icma.az
close
up
RU
ABŞ əsgərləri hərbi sistemlərlə bağlı gizli məlumatları cüzi məbləğə Çinə satıb

ABŞ əsgərləri hərbi sistemlərlə bağlı gizli məlumatları cüzi məbləğə Çinə satıb

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ ordusunun etnik çinli olan bir neçə hərbçisi şəxsi təşəbbüsləri ilə reaktiv artilleriya sistemi M142 HIMARS, eləcə də "Bradley" və "Stryker" zirehli texnikalarına dair məxfi məlumatları Çin kəşfiyyatına ötürüblər. 

Qaynarinfo xəbər verir ki, "Task & Purpose" portalının istintaq materiallarına istinadən verdiyi məlumata görə, bu məlumatlar cüzi məbləğ qarşılığında satılıb.

Saxlanılan şəxslər serjant Szyan Çjao və leytenant Li Tyan olub. Hər iki şəxs Vaşinqton ştatındakı Lüis-Makkord hərbi bazasında xidmət edib. Həmçinin, iş üzrə Ruoyuy Duan adlı keçmiş hərbçi də istintaqa cəlb olunub. O, 2013-2017-ci illərdə ABŞ ordusunda əsgər rütbəsində xidmət edib. Hər üç şəxs ötən həftə 50 000 dollar dəyərində məxfi məlumatların Çinə ötürülməsi ittihamı ilə həbs edilib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Szyan Çjao əldə etdiyi məxfi sənədləri Çində yaşayan tanışına satıb. O, 20 sərt disk qarşılığında təxminən 15 000 dollar alıb. Bu disklərdə yüksək hərəkətlilik qabiliyyətinə malik HIMARS artilleriya-raket sisteminə və ABŞ ordusunun Sakit okean regionunda keçirdiyi təlimlərə dair gizli və çox gizli məlumatlar mövcud olub.

İttiham sənədlərinə əsasən, Çjao bu məlumatların satışı üçün Çindəki əlaqələrinə müstəqil şəkildə alıcı axtarmağı tapşırıb. Hətta o, məxfi sənədlərin əldə olunmasının çətinliyini əsas gətirərək ödənişi artırmağa çalışıb.

Leytenant Li Tyan isə hərbi bazada səhiyyə xidmətləri üzrə inzibatçı vəzifəsində çalışıb və "Bradley" və "Stryker" döyüş maşınlarına dair konfidensial sənədləri Çin kəşfiyyatına ötürüb. Bu məlumatları o, Ruoyuy Duan vasitəsilə satıb və cəmi 500 dollar qarşılığında ötürüb. Lakin Duan həmin sənədləri Pekinə 38 500 dollara satıb.

Ödənişlər əsasən "PayPal" və "Zelle" kimi onlayn ödəniş platformaları vasitəsilə həyata keçirilib. Pulların bir hissəsi birbaşa ABŞ ərazisindən göndərilib. Gizli məlumatlar isə şəxsi e-poçt ünvanları və "Google Drive" kimi onlayn xidmətlər vasitəsilə paylaşılıb.

Bu qanunsuz əməliyyatlar 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər davam edib.

Qeyd edək ki, Çinin hazırda 600 min nəfərlik genişmiqyaslı casus şəbəkəsi mövcuddur. Pekinin kəşfiyyat əməliyyatları miqyas baxımından Soyuq Müharibə dövründə fəaliyyət göstərən SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə müqayisə edilir.

Çin kəşfiyyatının fəaliyyət istiqamətləri genişdir – kibercasusluq, elmi və sənaye casusluğu, eləcə də siyasi şəxslərin rüşvətlə ələ alınması bu əməliyyatların tərkib hissəsidir. ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, Çin hökumətinin təkcə dövlət hackerlərinin sayı ABŞ-ın kiber təhlükəsizlik personalını ən azı 50 dəfə üstələyir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Mart 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri