ABŞ Finlandiya üçün istehsal olunmuş ilk F 35A qırıcı təyyarəsini təqdim edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 dekabr, AZƏRTAC
ABŞ-ın Texas ştatında Finlandiya Hərbi Hava Qüvvələri üçün istehsal olunmuş ilk “Lockheed Martin” F-35A Lightning II çoxməqsədli qırıcı təyyarəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” yayım portalı məlumat yayıb.
Məlumata görə, Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, F-35A qırıcı təyyarələri həm Finlandiyanın, həm də NATO hərbi alyansının müdafiə qabiliyyətlərini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Qeyd olunur ki, bu qırıcılar Finlandiyada müxtəlif missiyalar üçün istifadə ediləcək və ölkənin növbəti 30 il ərzində müdafiə imkanlarını təmin edəcək.
Finlandiya ABŞ-dan ümumilikdə 64 qırıcı təyyarə sifariş edib. Bu təyyarələr gələn ildən etibarən hazırda istismarda olan “McDonnell Douglas” F/A-18 Hornet qırıcılarını mərhələli şəkildə əvəz etməyə başlayacaq. Müqavilənin imzalandığı vaxtda dəyəri 10 milyard avro təşkil edib və tədarüklərin 2030-cu ildə başa çatdırılması planlaşdırılır.
Müdafiə Nazirliyinin məlumatına görə, Finlandiya qırıcı təyyarələrin istehsal prosesində də iştirak edəcək. Belə ki, F-35A üçün reaktiv mühərriklərin bəzi komponentləri “Nokia”, gövdə hissələri isə “Patria” şirkəti tərəfindən istehsal olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 17 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















