Yeni Mülki Məcəllə hazırlanacaq: Tokayev tapşırıq verdi
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə 2027-ci ilin sonuna qədər qəbul edilməsi ehtimalı ilə yeni Mülki Məcəllə hazırlamağı tapşırıb.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, Tokayev bu barədə xalqa müraciətində məlumat verib.
“Bugünkü şəraitdə hüquq sistemi innovasiyanın uğurla tətbiqində və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında xüsusi rol oynayır. Hazırkı Mülki Məcəllə 1990-cı illərdə qəbul edilib. Məcəllənin öz tarixi missiyasını tam yerinə yetirdiyini demək mübaliğə olmazdı”, - deyə Tokayev bildirib.
O qeyd edib ki, bu Mülki Məcəllə keçid iqtisadiyyatı üçün, qabaqcıl texnologiyalardan söhbət gedə bilməyən bir dövrdə hazırlanmışdır:
“Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, gələcəyin iqtisadiyyatına rahat keçid üçün hüquqi əsas olacaq yeni Mülki Məcəllənin qəbul edilməsi vacibdir. Bu, sahibkarların, investorların və vətəndaşların dinc fəaliyyəti üçün hüquqi sabitliyi təmin edəcək".
Süleyman
Bu mövzuda digər xəbərlər:Rəqəmsal Məcəllə hazırlanacaq
30 Sentyabr 2026 15:35
Tokayev yeni müdafiə nazirinə tapşırıq VERDİ
08 İyun 2025 17:25
Tokayev güc strukturlarına tapşırıq verdi
28 Fevral 2026 16:27
Tokayev tapşırıq verdi “Döyüş hazırlığı gücləndirilsin!”
08 İyun 2025 17:24
Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb
13 Dekabr 2024 17:06
Baxış sayı:192
Bu xəbər 28 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















