ABŞ Gürcüstan hökumətinin rəsmiləri üçün vizaları məhdudlaşdırmaq qərarına gəlib
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Avropa İttifaqına (Aİ) daxil olmaq üçün danışıqları dayandıran Gürcüstan hökumətinə qarşı qəbul etdiyi qərar diqqət çəkib.
Gürcüstan hökuməti Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına gəlib.
Qərara reaksiya verən ABŞ Dövlət Departamentindən açıqlama verilib.
Departament Gürcüstanda Aİ-yə üzvlük danışıqlarını dayandıran hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
ABŞ Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər, millət vəkilləri, hüquq-mühafizə orqanları əməkdaşları, təhlükəsizlik işçiləri və mülki vətəndaşlar da daxil olmaqla 20 nəfərə viza məhdudiyyəti tətbiq olunacaq.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
"Birləşmiş Ştatlar Gürcü Arzusu Partiyasının Gürcüstan vətəndaşlarına, o cümlədən nümayişçilərə, media mənsublarına, hüquq müdafiəçilərinə və müxalifətə qarşı qəddar və ədalətsiz zorakılığını pisləyir".
Bəyanatda Gürcüstanın Avro-Atlantik gələcəyindən uzaqlaşdığı qeyd edilərək, “Demokratiyaya zərbə vuranların viza məhdudiyyətlərinə məruz qalacağını görməkdə qərarlıyıq”,-deyə qeyd edilib.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















