Icma.az
close
up
RU
ABŞ Gürcüstana qarşı yeni sanksiyalar elan edib

ABŞ Gürcüstana qarşı yeni sanksiyalar elan edib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-nin gürcü xalqına dəstəyi ilə bağlı bəyanatla çıxış edib.

“Cebheinfo.az” xəbər verir ki, Blinken açıqlamasında Gürcüstan xalqının demokratik istəkləri ilə həmrəy olduğunu bildirib və Bidzina İvanişvili hakimiyyətinə qarşı əlavə sanksiyalar elan edib.

Bildirilir ki, Birləşmiş Ştatlar "Gürcü arzusu"nun gürcü vətəndaşlarına, etirazçılara, media və müxalifət nümayəndələrinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir.

Blinken “Gürcü arzusu”nu repressiyalara, o cümlədən tənqidçiləri susdurmağa yönəlmiş əsassız həbslərə son qoymağa çağırıb və xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşların ağır xəsarət alması barədə məlumatlardan narahat olduğunu bildirib.

“Saxlanılanlar dərhal azad edilməli və güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar cavab verməlidirlər”, - Blinken belə deyib.

Dövlət katibi ABŞ-nin ikitərəfli əməkdaşlığı nəzərdən keçirməklə yanaşı, əlavə sanksiyalar da daxil olmaqla, sərəncamında olan vasitələrdən istifadə edəcəyini vurğulayıb.

Blinken sanksiyaların təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Vaşinqton Gürcüstanla strateji tərəfdaşlığa son verdiyini açıqlayıb və həmçinin, polisin gürcülərə qarşı həddindən artıq güc tətbiqini pisləyib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri