Icma.az
close
up
RU
“ABŞ hegemonluğunu itirə bilər” Beynəlxalq investordan ilginc iddia

“ABŞ hegemonluğunu itirə bilər” Beynəlxalq investordan ilginc iddia

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Məşhur amerikalı makro investor, maliyyə eksperti və “Bridgewater Associates” fondunun meneceri Reymond Dalio bildirib ki, ABŞ dolların dominantlığı təhlükə altındadır. Onun təhlilində ən diqqət çəkən məqamlardan biri neft ticarətində dolları keçmək ssenarisi idi.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, investor “Substack” postunda yazır ki, əvvəllər ABŞ-nin dünya nizamında dominant güc olaraq qalacağı qəbul edilirdi. Lakin II Dünya Müharibəsindən sonra baş verən hadisələrin yığılmış təsiri – o cümlədən Vyetnam, Əfqanıstan, İraq müharibələri və indiki İran konflikti ABŞ-ın qlobal liderlik mövqeyini riskə atır. O, vurğulayır ki, bu proses dünya güc balansını yenidən formalaşdıra və ABŞ-ın uzunmüddətli hegemonluğunu sarsıdacaq. Beynəlxalq investroun sözlərinə görə, dolların ehtiyat valyutası statusunu itirməsi ABŞ-ın borclarını maliyyələşdirə bilməməsi və qlobal gücün birdən yox olması demək ola bilər.

Bu iddia barədə BakuPost.az-a münasibət bildirən iqtisadçı ekspert İlham Şaban sözlərinə görə, bu heç bir mənası olmayan bir fikirdir:

“Dolların dünyadakı hegemon mövqeyini itirməsi ilə bağlı deyim ki, təkcə İran yox, beşinci ilə keçən Rusiya-Ukrayna müharibəsi ABŞ valyutasına heç bir təsir göstərmir. İran müharibəsindən əvvəl dollar avroya nisbətdə 1.83 idisə, indi 1.15-dir. Yəni Amerika valyutası yarım ay ərzində ciddi dəyər qazanıb. İkincisi, ABŞ-nin İrana müharibəsində xərcləri bir ay üçün təqribən iyirmi beş milyard ola bilər. Bu xərc 24 trilyon büdcəsi olan ölkəyə dərəcədə öldürücü zərbə vura bilər”.

ABŞ-li maliyyə eksperti hesab edir ki, əgər İran və ya regiondakı digər aktorlar Hörmüz boğazından keçid üçün Çin yuanı kimi alternativ valyutalar tətbiq etsələr, bu, “neft dolları” sistemini çökdürəcək. Bu iddiaya İlham Şaban istehza ilə cavab verdi:

“Bu bilirsiniz nəyə bənzəyir? Məsələn, Nardaranlılar çıxıb deyir ki, “SEA Breeze”ə getmək üçün adama beş manatdan bizə pul verin. Yəni bu iddia kimin ağlına gəlir?”

“Amerikanın süqut eləməsinin birinci şərti kütləvi borc və pul çapıdır” deyən Dalio fikrini əsaslandırır ki, ABŞ-ın davamlı olmayan borc yükü və dolların alıcılıq qabiliyyətinin azalması bu çöküşü sürətləndirəcək.

“Bunları eşidəndə elə bil ki, hansısa Afrika ölkəsində oturan adam ABŞ iqtisadiyyatından nəsə yazır. Heç birinin əsası yoxdur. Bir misal deyim ki, Tramp 2025-ci ildə ancaq o gömrük tarifini dəyişməklə Amerika büdcəsinə 600 milyard dollar əlavə pul gətirib”, – deməklə “Caspian Barrel”in direktoru ABŞ-li investorun iddiasını gülünc hesab etdi.

Neftin qiymətlərinin yenidən 100 dolları aşmasını dəyərləndirən ekspert İlham Şaban bildirdi ki, bahalaşırsa, deməli gəlirimiz artır: “Başqa bir tərəfdən biz yüksək oktanlı benzin idxal edirik. Ola bilsin hökumət bunun da qiymətini artıracaq. Yəni, qiymət artımı, Azərbaycan Prezidenti İlham Əliyevin 13-cü Qlobal Humanitar Forumda səsləndirdiyi kimi, elə qəbul olunmamalıdır ki, neft satanlar xoşbəxtdir. Buna enerji inflyasiyası deyirlər. Dünyada enerji hər şeyə təsir göstərir və digər malların da qiyməti artır. Bir tərəfdən qazanırsan, digər tərəfdən xərclərin də çoxaldır. Ona görə qlobal strateji əhəmiyyəti olan məhsulun sabit, əlçatan qiymətdə olması dünya iqtisadiyyatına xeyirdir. Müharibədən əvvəl və indiki qiymətlərə baxsaq, xam neftin satış qiymətində 43 faiz artım müşahidə olunur. Əlbəttə ki, bu insanlara və iqtisadiyyata neqativ təsir edir. Ona görə də bütün ölkələr istəyir ki, bu münaqişə tezliklə başa çatsın. Çünki bu hamının marağındadır”.

Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Mart 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri