İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
İranın neft gəlirləri ötən ay 1,5 milyard dolları keçib.
APA-nın Tehran bürosu Fars xəbər agentliyinə istinadən bildirib ki, ötən İran təqvim ayı ərzində (23 sentyabr – 22 oktyabr) neft gəlirləri 1,5 milyard dolları ötüb.
Bununla da ölkənin son yeddi ayda əldə etdiyi neft gəlirlərinin ümumi məbləği 17,5 milyard dolları keçib.
Əlavə edilib ki, ilin ilk altı ayında neft satışından ölkəyə 16 milyard dollardan çox vəsait daxil olub.
Qeyd edək ki, İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti bundan əvvəl ölkənin valyuta ehtiyatlarının vəziyyətinin qənaətbəxş olduğunu vurğulayaraq, bu ehtiyatların Donald Trampın prezidentlik müddəti başa çatdıqdan xeyli sonra da İranın ehtiyaclarını ödəməyə kifayət edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Oktyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















