Icma.az
close
up
RU
ABŞ HƏR AN İRANI VURA BİLƏR Trampdan ard arda sərt bəyanatlar

ABŞ HƏR AN İRANI VURA BİLƏR Trampdan ard arda sərt bəyanatlar

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İranda davam edən ümumxalq etirazlarına dəstək verən sərt bəyanatla çıxış edib. O, iranlıları etirazları davam etdirməyə çağırıb və “köməyin artıq yolda olduğunu” bildirib. Tramp bu köməyin nədən ibarət olacağı ilə bağlı detalları açıqlamayıb.

“İranlı vətənpərvərlər, ETİRAZLARI DAVAM ETDİRİN – QURUMLARINIZI ƏLƏ KEÇİRİN!!!… KÖMƏK ARTİQ YOLDADIR”, – Tramp “Truth Social” sosial şəbəkəsində paylaşımında yazıb.

Paylaşımda Tramp etirazçılara qarşı zorakılıq törədən şəxslərin adlarının qeydə alınmasını da istəyib. Onun sözlərinə görə, “qatillər və zorakılar yüksək bədəl ödəyəcəklər”. ABŞ Prezidenti, həmçinin, etirazçıların “mənasız şəkildə öldürülməsi” dayandırılmayana qədər iranlı rəsmilərlə bütün görüşləri ləğv etdiyini bildirib.

Beynəlxalq media bu açıqlamaları Vaşinqtonun mövqeyində kəskin dəyişiklik kimi qiymətləndirir. Belə ki, bir gün əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ ilə Tehran arasında diplomatik kanalların açıq qaldığını bildirmişdi. Onun sözlərinə görə, İran Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla aparılan qapalı danışıqlarda “tamamilə fərqli mövqe” nümayiş etdirib. Eyni zamanda Levitt Trampın güc tətbiqini istisna etmədiyini də vurğulamışdı.

Donald Tramp yanvarın 11-də “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən İran rəhbərliyinin Vaşinqtonla danışıqlar aparmaq istədiyini demişdi. “Onlarla görüşə bilərik. Görüş təşkil olunacaq”, – deyə Tramp qeyd etmiş, lakin əlavə etmişdi ki, ABŞ-nin “görüşdən əvvəl də hərəkətə keçməsi mümkündür”.

Bu arada İranda etirazlar zamanı ölənlərin sayı ilə bağlı narahatedici məlumatlar yayılmaqda davam edir. ABŞ-də fəaliyyət göstərən müstəqil insan haqları təşkilatı HRANA yanvarın 13-də açıqlayıb ki, təsdiqlənmiş məlumatlara əsasən, etirazlar zamanı həlak olanların sayı 2003 nəfərə çatıb. Daha əvvəl “Reuters” agentliyi adsız iranlı rəsmiyə istinadən ölənlərin sayının təxminən 2000 olduğunu bildirmişdi.

Müşahidəçilər qeyd edirlər ki, İran hakimiyyətinin ölkə üzrə interneti kəsməsi etirazçılar və beynəlxalq ictimaiyyət arasında informasiya axınını məhdudlaşdırıb. Bu səbəbdən real itkilərin daha çox ola biləcəyi, ölənlərin sayının bir neçə min nəfərə çata biləcəyi istisna edilmir.

Həbs edilənlərin sayı isə 10 mindən artıq qiymətləndirilir.

Eyni zamanda, hüquq-müdafiə təşkilatları, o cümlədən Norveçdə yerləşən Iran Human Rights mənbələrə istinadən bildirirlər ki, İranda hazırkı etirazların ilk iştirakçısının edamına hazırlıq gedir. Söhbət etirazlarda iştirakına görə “Allaha qarşı müharibə aparmaqda” ittiham olunan 26 yaşlı Erfən Soltanidən gedir. Onun yanvarın 14-də – həbsindən cəmi altı gün sonra edam oluna biləcəyi bildirilir.

Donald Tramp “CBS News”a müsahibəsində bildirib ki, İran hakimiyyəti etirazçıları edam etməyə başlasa, ABŞ “çox sərt tədbirlər” görəcək. Bununla belə, o, bu tədbirlərin konkret nədən ibarət olacağını açıqlamayıb.

İranda davam edən etirazlar 1979-cu il İslam İnqilabından bəri ölkənin dini rəhbərliyi üçün ən ciddi çağırışlardan biri kimi qiymətləndirilir. Etirazlar dekabrın 28-də iqtisadi böhran, milli valyuta rialın kəskin dəyərdən düşməsi və inflyasiyanın sürətlə artması fonunda başlayıb. Daha sonra aksiyalar anti-hökumət xarakteri alıb, hakimiyyət əleyhinə şüarlar səsləndirilib və monarxiyanın bərpası çağırışları irəli sürülüb.

İnternet kəsilməzdən əvvəl etirazların təxminən 120 şəhəri əhatə etdiyi bildirilirdi. Hakimiyyət nümayişləri silah tətbiq etməklə sərt şəkildə dağıdır.

Yanvarın 10-da Donald Tramp Truth Social-da ABŞ-nin “azadlığa can atan İrana kömək etməyə hazır olduğunu” bəyan edib. Yanvarın 12-də isə o, İranla biznes aparan ölkələrə qarşı 25 faiz rüsum tətbiq olunacağını açıqlayıb.

Rasim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri