Zelenski danışıqların Türkiyədə keçirilməsini təklif edib
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Kiyev üçtərəfli görüşə hazırlaşır və Ərdoğanla danışıqlar zamanı Zelenski belə bir görüşün Türkiyədə keçirilməsi və prosesə Ankaranın, eləcə də Ukraynanın Avropa və digər tərəfdaşlarının cəlb edilməsi imkanını müzakirə edib.
Bundan əlavə, Zelenski Ukrayna ilə Türkiyəni təhlükəsizlik və müdafiə sənayesi sahəsində müttəfiq adlandırıb. Onun sözlərinə görə, danışıqlar zamanı liderlər həmçinin Qara dəniz taxıl dəhlizi üzərində işləməyə dair razılığa gəliblər.
"Bu, ilk növbədə ərzaq təhlükəsizliyinə də aiddir və bu gün biz prezidentlə (Ərdoğanla - red.) Qara dəniz taxıl dəhlizinin effektivliyi üçün iş görmək barədə razılığa gəldik", - Zelenski əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 Oktyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















