ABŞ hərbçiləri Sakit okeanda iki gəmiyə zərbə endirib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 13 aprel, AZƏRTAC
ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı iddia edilən iki katerə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların cənub komandanlığı məlumat yayıb.
Bildirilir ki, “Cənub nizəsi” adlanan birgə əməliyyat qrupu terror təşkilatları tərəfindən idarə olunan iki gəmiyə zərbə endirib. Gəmilərin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları ilə üzdüyü və narkotik ticarəti əməliyyatlarında iştirak etdiyi kəşfiyyat orqanları tərəfindən təsdiqlənib.
Hərbçilərin məlumatına görə, zərbələr nəticəsində qayıqlarda olan beş nəfər həlak olub. Sağ qalan bir nəfərin isə axtarışına başlanıb.
Bu mövzuda digər xəbərlər:ABŞ Sakit okeanda narkotacirlərə məxsus gəmiyə zərbə endirib
06 Fevral 2026 07:16
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib
24 Yanvar 2026 02:51
Pentaqon Sakit okeanda üzən gəmiyə zərbə endirib
23 Dekabr 2025 09:13
ABŞ Sakit okeanda narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib
22 Oktyabr 2025 23:05
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib
25 Aprel 2026 06:35
Baxış sayı:101
Bu xəbər 13 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















