“Barselona” 100 milyon avroluq transferdən imtina etdi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Barselona” transfer strategiyasını yenidən nəzərdən keçirib və Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi prioritet hədəflər siyahısından çıxarıb.
İdman.Biz "Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi argentinalı futbolçunun transferinə böyük məbləğ xərcləməyə artıq ehtiyac görmür.
Bu qərarın əsas səbəbi Rafinyanın məhsuldar çıxışıdır. Braziliyalı futbolçu mərkəz hücumçusu mövqeyində uğurla oynayır və “Barselona” ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb. Bundan başqa, klub rəhbərliyi mövsümün əvvəlində komandaya qoşulan Qabriel Jezusun çıxışından da razıdır.
Beləliklə, bir müddət əvvəl hücum xəttini gücləndirmək üçün əsas variantlardan biri hesab olunan Alvaresin “Kamp Nou”ya keçidi indi az ehtimallı görünür.
Qeyd edək ki, ötən yay “Barselona”nın argentinalı futbolçu üçün təxminən 100 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi. Lakin Alvaresin Kataloniyaya köçməkdə maraqlı olmasına baxmayaraq, “Atletiko” danışıqlara başlamaqdan imtina etmişdi.
Xatırladaq ki, noyabrın 8-də “Atletiko” və “Barselona” İspaniya çempionatının 12-ci turunun mərkəzi qarşılaşmasında üz-üzə gələcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Noyabr 2026 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















