ABŞ HƏRƏKƏTƏ KEÇDİ Yaxın Şərqə xüsusi qrup göndərir
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ regiondakı hərbi qüvvələri qorumaq üçün “USS Nimitz”in başçılıq etdiyi təyyarədaşıyan qrupunu Yaxın Şərqə göndərir.
Publika.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
"Bölgədəki Amerika qüvvələrinin müdafiəsini təmin etmək öhdəliyi çərçivəsində müdafiə naziri Pit Heqset "USS Nimitz" aviadaşıyıcısının CENTCOM (ABŞ-ın Mərkəzi Komandanlığı) əməliyyat zonasına göndərilməsi barədə göstəriş verib. Bu addımın məqsədi müdafiə qabiliyyətinin gücləndirilməsi və Amerika hərbi kontingentinin təhlükəsizliyinin təmin olunmasıdır", - ABŞ müdafiə nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri də ABŞ-ın milli təhlükəsizliyinin maraqları naminə Aralıq dənizinin şərqində əməliyyatları davam etdirir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 İyun 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















