COP31 də türk mətbəxindən davamlılıq dadı
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) türk mətbəxinin ənənəvi dadları davamlı qastronomik yanaşma ilə iştirakçılara təqdim edilib.
COP31-in qida və içki təşkilatında məqsəd yalnız iştirakçıların qida ehtiyaclarını qısa müddətdə ödəmək deyil, həm də onlara qastronomik təcrübə təqdim etmək idi.Bununla əlaqədar olaraq, qida köşklərində tamamilə türk brendlərindən ibarət bizneslər yaradılıb, müxtəlif milli mətbəxlərdən nümunələr də yerli istehsal və təchizat yanaşması ilə hazırlanıb.Təşkilatın qida və içki planlaşdırmasında xidmət idarəçiliyindən menyu məzmununa, məhsul tədarükündən karbon izinə qədər bir çox mövzu elmi məlumatlar işığında qiymətləndirilib.
COP31-in baş aşpazı Tolqa Atalay verdiyi açıqlamada, COP31-ə yalnız aclığı ödəmək əvəzinə qastronomiya əlavə etməyi hədəflədiklərini və bütün ərzaq köşklərinin türk brendlərindən ibarət olduğunu söyləyib.Davamlı məhsulların əhəmiyyətini vurğulayan Atalay deyib: "Məhsulun istehlak edildiyi yerdən gəlməsi həmişə üstünlükdür. Məsələn, hamburger markamız var. O, Michelin ulduzu almış bir türk aşpazına məxsusdur. Təbii ki, çörək, ət, sous, burgerinin qablaşdırma materialları hamısı yerli həllərdir. Qlobal bir markadan istifadə etsəydik, bəlkə də qablaşdırma Uzaq Şərqdən, bəlkə də sous üçün xammal Qərbdən gələrdi."
Atalay vurğulayıb ki, COP31 ərazisindəki səkkiz restoran, o cümlədən 1871-ci ildə qurulmuş biri, 70 ildən çox tarixə malik uzun müddətdir fəaliyyət göstərən müəssisələrdir.
Atalay nazirləri və liderləri qəbul etdikləri bufet də yaratdıqlarını bildirib və əlavə edib:"Bu, daha çox regional mətbəxə yönəlmiş bir araşdırma idi. Menyularımız liderlər və birinci xanımlar tərəfindən çox yaxşı qarşılandı. Liderlər Zirvəsi şam yeməyimizdə yenidən 5 yaşıl ulduz almış Michelin ulduzlu aşpazımızın hazırladığı menyuları təqdim etdik. Yaşıl ulduz alan aşpazlar təbiətə və ekosistemə hörmət edən və davamlılığı nəzərə alanlardır."
Menyularda yerli süd məhsullarından mümkün qədər çox istifadə etdiklərini vurğulayan Atalay, qastronomiya üzrə baş planı əvvəlcədən BMT komandasına təqdim etdiklərini izah edib.
Atalay menyulara kokoreç (quzu bağırsaqları), yokluk kabab (nazik bulqurdan hazırlanmış bir növ kabab) əlavə etdiklərini və yokluk kababının İkinci Dünya Müharibəsi zamanı ət tədarükünü artırmaq üçün nazik bulqurdan hazırlanmış bir növ kabab olduğunu bildirib.
M.MİRZƏ
XQ
Baxış sayı:42
Bu xəbər 20 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















