Icma.az
close
up
RU
ABŞ hökuməti uçot faizlərini endirdi

ABŞ hökuməti uçot faizlərini endirdi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qızılın və “Bitcoin”in qiyməti yenidən bahalaşır

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) uçot faiz dərəcəsini illik 3,5-3,75 faiz aralığına endirib. FES-in Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin bəyanatında qeyd edilir ki, qərar ölkədəki iqtisadi aktivlik və inflyasiya gözləntiləri fonunda verilib. Belə ki, ABŞ-da 2025-ci il üzrə ÜDM-in artımı proqnozunun 1,6 faizdən 1,7 faizə qədər artırılması, eləcə də inflyasiya proqnozunun 3 faizdən 2,9 faizə endirilməsi, habelə işsizlik üzrə proqnozun 4,5 faiz səviyyəsində sabit saxlanılması Federal Ehtiyat Sisteminin optimist ssenarilərə əsaslanaraq mövcud addımı atmasında mühüm rol oynayıb.

FES-in analitiklərinin fikrincə, ölkədaxili maliyyə bazarındakı  meyillər, eləcə də qlobal iqtisadiyyatın ABŞ-ın investisiya sektorlarına mövcud təsirləri normal olmaqla, ölkədə yumşaq pul siyasətinin həyata keçirilməsinə imkan verir. Hazırkı qərarı da onu göstərir ki, ABŞ hökuməti cari ilin ikinci yarısından etibarən pul siyasətində aşağı stavkalı rejimə keçib. Təşkilatın oktyabr ayının 29-da  elan etdiyi uçot dərəcəsi ilə müqayisədə faiz dərəcəsinin 0,25 faiz-bənd endirilməsi pul siyasətinin liberallaşdığına dəlalət edir.

Dollar ucuzlaşmağa başlayıb

Ancaq bununla belə, FES rəhbərliyi Amerikanın bazar sektorlarında və iqtisadi bloklarda gərginliyin azalmadığnı, iqtisadi artımın ürəkaçan faizdə irəliləmədiyini xatırladıb. Qurumun sədri Jerom Pauell bildirib ki, əmək bazarının vəziyyəti ilə bağlı göstəricilər və maliyyə-investiya sektorlarında eniş riskləri narahatlıqları artırır. Yalnız, inflyasiya proqnozu üzrə ehtimallar nikbindir, 2026-cı ildə bu rəqəmin daha da azalaraq 2,4 faizə enəcəyi fərz edilir. FES məhz əlverişli inflyasiya mühitində bu addımı atmaqla iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyalarını təşviq etmək istəyir.

Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini azaltması özünü dərhal bank və maliyyə seqmentlərində göstərib, dollar digər aparıcı valyutalar qarşısında ucuzlaşıb. Belə ki, avro-dollar mübadiləsi 1.1644 səviyyəsindən 1.1707 səviyyəsinədək yüksəlib. İngilis funtu-dollar cütlüyü üzrə mübadilə isə 1.3326 həddindən 1.3392 həddinə qədər artım sərgiləyib. Habelə dollar-yapon yeni üzrə mübadilə 156.66 səviyyəsindən 155.48 səviyyəsinədək geriləyib.

Ancaq bu proses investisiya və səhm bazarında daha yaxşı reaksiyalarla müşayiət olunub. FES-in uçot dərəcəsi ilə bağlı qərarı birjalarda ən çox qızıla müsbət təsir göstərib. Sarı metalın beynəlxalq birjalarda bir unsiyasının qiyməti 4182 dollardan 4247 dollara qədər bahalaşıb. Kriptobazarda da müəyyən aktivlik müşahidə edilib.

Noyabrda müəyyən eniş göstərən virtual pul bazarda “Bitcoin” və digər kriptovalyutaların ucuzlaşması səngiyib. Həftənin əvvəlində 88-89 minə satılan “Bitcoin”in qiyməti artıq 93 minə yüksəlib. Pərakəndə kriptovalyuta bazarında əhval-ruhiyyə yaxşılaşır ki, bu da investorların kriptovalyutaya da marağını artıracaq.

Səhmdarlar pul kisəsinin ağzını açır

Eləcə də Amerika fond indeksləri də əvvəlki yarım aylıq durğunluqdan sonra özünə gəlib, əksər səhmdarlar indekslərdə artımlar əldə ediblər. Bazarın ən böyük seqmentlərindən biri olan “Amazon.com Inc.”in səhmləri son bir gündə 1,7 faiz bahalaşıb. Bu, şirkətin investisiya yatırımları üçün əlavə motivasiya verib və “Amazon” səhmdarları Hindistandakı biznesini inkişaf etdirmək üçün 2030-cu ilin sonuna qədər 35 milyard dollar investisiya yatırmaq planlarını açıqlayıb. ABŞ-dakı səhm aktivliyi digər qlobal sərmayəçilərin də fəallığına səbəb olub. FES-in faiz siyasəti ilə bağlı situasiyalara həssas yanaşan beynəlxalq səhmdarlar dolların məzənnəsinin zəifləməsi fonunda səhm konvertasiyalarını artırılar. Kanada Bankı notlar və qiymətli kağızlar üzrə faiz dərəcəsini son bir ayda aşağı saxladığı halda, ötən gün 2,25 faiz səviyyəsində saxlayıb. İsveçrə Milli Bankının səhmlərində də dəyərlər nəzərə çarpıb.

Qeyd edək ki, ABŞ-da Tramp administrasiyasının iqtisadi baxışı və maliyyə siyasəti  ucuz dollar, bahalı qızıl və səhmlər, rəqəmsal valyuta çərçivəsinə əsaslanır. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Bu baxımdan Federal Ehtiyat Sisteminin yumşaq pul siyasəti Amerika valyutasını ucuzlaşdırmaqla, rəqəmsal valyuta və qızıl birjalarını daha canlandırır.

Bu baxımdan ABŞ hökumətinin növbəti ildə də yumşaq pul siyasəti həyata keçirəcəyi istisna edilmir. FES rəhbərliyi bu, administrativ təzyiq kimi qarşılasa da, pul komitəsində Trampı dəstəkləyənlərin addımları hökumətin istəyinin reallaşmasına səbəb olur.

FES-dəki bəzi ekspertlərin səsləndirdikləri fikirlərə əsasən, uçot dərəcəsi 2026-cı ildə yenidən 0,25 faiz- bənd azaldılacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri