ABŞ Hörmüzdə yeni missiya başladır 15 min hərbçi cəlb olunacaq
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın Hörmüz boğazında ticarət gəmilərinin sərbəst hərəkətini bərpa etmək təşəbbüsünü dəstəkləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə CENTCOM komandanı admiral Bred Kuper bildirib.
“Prezidentin göstərişi ilə həyata keçirilən bu missiya ticarət gəmilərinin həyati əhəmiyyətli beynəlxalq ticarət dəhlizindən sərbəst keçidini asanlaşdıracaq. Dünyanın dəniz yolu ilə neft daşınmalarının dörddə biri və əhəmiyyətli miqdarda yanacaq və gübrə bu boğazdan keçir”, - deyə Kuper bildirib.
Bu gün – mayın 4-dən etibarən başlayacaq missiyaya “Azadlıq Layihəsi” adı verilib.
Mərkəzi Komandanlığın məlumatına görə, “Azadlıq Layihəsi”nə hərbi dəstək idarə olunan raket esminetslərini, yüzdən çox quru və dəniz təyyarəsini, çoxsahəli pilotsuz platformaları və 15 min hərbi personalı əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:ABŞ gəmilərini Hörmüzdə batıracağıq Rzai
16 Aprel 2026 14:54
ABŞ Hörmüzdə İran gəmisini batırdı
15 Oktyabr 2026 01:51
İranın Hörmüzdə yeni qiyməti
10 Avqust 2026 16:07
ABŞ Hörmüzdə müharibə riskindən çəkinir ŞƏRH
16 Mart 2026 18:38
ABŞ Hörmüzdə Azadlıq Layihəsi əməliyyatına başlayır
04 May 2026 01:34
Baxış sayı:177
Bu xəbər 04 May 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















