ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə ictimaiyyətə açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink ölkənin orbitdə kosmosa nəzarət silahları yerləşdirdiyini açıqlayıb.
Meink Merilend ştatında keçirilən konfransda çıxışı zamanı bildirib ki, ABŞ qüvvələrini düşmən hücumlarından qorumaq məqsədilə orbitdə kosmosa nəzarət silahları mövcuddur.
Silahların nə vaxt orbitə göndərildiyi və onların texniki xüsusiyyətləri təhlükəsizlik səbəbilə açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-da 2019-cu ildə Prezident Donald Tramp tərəfindən yaradılan Kosmik Qüvvələr ölkənin kosmosdakı müdafiə imkanlarının artırılmasını hədəfləyir.
Vaşinqton Çin və Rusiyanın kosmosu mümkün münaqişə sahəsi kimi gördüyünü və yeni hücum imkanlarını sınaqdan keçirdiyini bildirir.
Çinin hipersəsli raketlər üzərində çalışması və Rusiyanın kosmos əsaslı nüvə silahları ilə bağlı təşəbbüsləri bu narahatlıqları artırır. Ekspertlər isə belə imkanların peyklər və qlobal kommunikasiya sistemləri üçün ciddi təhlükə yarada biləcəyini qeyd edirlər.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















