Icma.az
close
up
RU
ABŞ ın bacarmadığını Türkiyə etdi: Dünyanı sevindirən qərar 3 razılaşma olacaq

ABŞ ın bacarmadığını Türkiyə etdi: Dünyanı sevindirən qərar 3 razılaşma olacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə, sülh yollarının axtarışı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu kontekstdə Türkiyənin təşəbbüsü ilə mümkün ola biləcək yüksək səviyyəli diplomatik görüşlər, xüsusilə də Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin bir araya gəlməsi, ciddi diqqət mərkəzindədir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın verdiyi açıqlamaya əsasən, belə bir görüş prinsip etibarilə razılaşdırılıb və prosesin irəliləməsi üçün nümayəndə heyətlərinə mühüm məsuliyyət düşür. Onun sözlərinə görə, tərəflərin kompromisə marağı getdikcə daha aydın şəkildə görünməkdədir. ABŞ-ın son aylarda Ukrayna müharibəsinin həlli istiqamətindəki cəhdləri və tərəflərlə apardığı danışıqların nəticə verməməsi fonunda Türkiyənin uğurlu addımları diqqət çəkir.

Putin-Zelenski görüşü baş tutarsa, bu, müharibənin gedişatına və Ukraynanın gələcək taleyinə necə təsir edə bilər?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, prezidentlər Türkiyənin vasitəçiliyi ilə bir araya gələrsə, bu, Rusiya-Ukrayna müharibəsinin gedişatında mühüm dönüş nöqtəsi olar:

“Hakan Fidanın qeyd etdiyi kimi, prinsipial razılığın əldə olunması və nümayəndə heyətlərinin məsuliyyətli şəkildə prosesə yanaşması, tərəflərin sülhə doğru iradə nümayiş etdirdiyini göstərir. Bu, eyni zamanda Türkiyənin regional və qlobal diplomatik gücünü təsdiqləyən bir addımdır.

Həmçinin oxuyun:

Rusiyadan NATO-ya xəbərdarlıq: “Vəziyyət daha da pisləşir”

Əgər görüş reallaşsa, ilk növbədə müharibənin diplomatik müstəviyə keçidi üçün qapı açıla bilər. Bu, atəşkəsin elan olunması, humanitar dəhlizlərin yaradılması və əsir mübadiləsi kimi praktiki məsələlərin müzakirəyə çıxarılması ilə nəticələnər. Hərçənd ki, tərəflərin hələ də ictimaiyyətə açıqlamadığı bir çox strateji mövqeləri var, kompromis imkanları ciddi şəkildə öyrəniləcək”.


Züriyə Qarayeva

Politoloq bildirib ki, görüş uğurla nəticələnəcəyi halda, bu, Ukraynanın daha çox dağıntı və insan itkisindən qorunmasına, müstəqillik və ərazi bütövlüyü ilə bağlı yeni diplomatik mexanizmlərin inkişafına səbəb olar:

“Digər tərəfdən, kompromis həll Ukraynanın bəzi güzəştlərə getməsi anlamına da gələ bilər. Bu da ölkə daxilində və Qərb müttəfiqləri arasında ciddi müzakirələrə səbəb olacaq.

Ümumilikdə, sözügedən görüş həm müharibənin gələcək istiqaməti, həm də Ukraynanın geosiyasi mövqeyi üçün əhəmiyyətli təsir yarada bilər. Türkiyənin bu prosesdə neytral və təşəbbüskar rolu isə regionda yeni diplomatik imkanların formalaşmasına şərait yaradır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri