Icma.az
close
up
RU
Azərbaycan Türkiyə qardaşlığı: dünyanı heyrətə gətirən birlik

Azərbaycan Türkiyə qardaşlığı: dünyanı heyrətə gətirən birlik

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ilə Türkiyə arasında formalaşmış strateji ittifaq təkcə iki ölkənin rəsmi münasibətləri çərçivəsində qalmır. Bu münasibətlərin təməlində dərin tarixi köklər, ortaq dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. “Bir millət, iki dövlət” prinsipi artıq sadəcə şüar deyil, real siyasət və əməli əməkdaşlıq modeli kimi çıxış edir.

Dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada ortaq mövqe nümayiş etdirir, çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Bu həmrəylik Cənubi Qafqazda və daha geniş geosiyasi müstəvidə yeni reallıqlar yaradır.
Qarabağ zəfəri zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bu qardaşlığın canlı təzahürü oldu. Əvəzində, Azərbaycan da müxtəlif regional təşəbbüslərdə – o cümlədən, enerji və nəqliyyat layihələrində – Türkiyənin maraqlarını nəzərə alaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırdı.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə bu qardaşlıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Hərbi əməkdaşlıq, ortaq təlimlər, müdafiə sənayesində birgə layihələr, təcrübə mübadiləsi – bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyini göstərən faktorlardır. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP (Trans-Anadolu qaz kəməri) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional və beynəlxalq əhəmiyyətə malik layihələr iki ölkənin qarşılıqlı güvənə əsaslanan əməkdaşlığını əyani şəkildə ortaya qoyur. Hal-hazırda gündəmdə olan Zəngəzur dəhlizi layihəsi də bu istiqamətdə mühüm addım hesab olunur. Eyni zamanda, Türkiyə də Azərbaycanın beynəlxalq aləmdə suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq müdafiə edir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın maraqlarını qorumaq üçün fəal mövqe tutur. Bu da onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri klassik diplomatik əlaqələrdən fərqlənir. Bu münasibətlər milli kimliyin, tarixi ortaq dəyərlərin və ortaq gələcəyə olan inamın vəhdətidir. Qlobal qeyri-müəyyənliklərin artdığı dövrdə belə bir model dünya üçün alternativ və nümunəvi bir əməkdaşlıq formasıdır.
Bu, keçmişə bağlılıq deyil, gələcək üçün ortaq strategiyadır. Azərbaycan–Türkiyə qardaşlığı bu gün artıq regional deyil, qlobal səviyyədə nüfuz sahibi olan bir birliyin nümunəsidir. Bu birlik Qafqaz regionunda sülh və sabitliyin təminatçısı, iqtisadi və siyasi inteqrasiyanın aparıcı qüvvəsi kimi çıxış edir. Əməkdaşlıq yeni sahələri əhatə etməklə daha da genişlənir və gələcəyə inamla irəliləyir.
Təsadüfi deyil ki, baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan bütün resursları ilə Türkiyənin yanında oldu. Xilasetmə işlərində fəallıq nümayiş etdirdi, qardaş ölkəyə yardımını əsirgəmədi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Ümumilikdə tikintiyə 100 milyon ABŞ dolları vəsait ayrıldı və 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu.
Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” bu qardaşlığın real təcəssümünə çevrildi. Bu, təkcə yardım deyil, həm də həmrəyliyin, psixoloji dəstəyin və mənəvi yaxınlığın rəmzi idi. Yeni məhəllənin açılışında liderlərin iştirakı Türk dünyası adına son dərəcə qürurverici hadisə oldu və yaddaşlarda silinməz izlər buraxdı.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı “Ümid” qardaşlıq körpüsünün davamı kimi tarixə həkk olundu. “Ümid” bir millətin iki dövlətini birləşdirdi, gələcək birgə fəaliyyətin fundamental əsaslarını yaratdı,
Kahramanmaraşda “Azərbaycan” məhəlləsində isə bir millətin iki lideri qardaşlıq manifestini yazdılar. Yeni salınan Azərbaycan məhəlləsi sadəcə zəlzələ fəsadlarının ortadan qaldırılması üçün bir dost yardımı deyildi. Bu həm də iki dövlət arasında sarsılmaz qardaşlığın canlı örnəyi, yıxılmaz bir tarixi abidədir. 100 il öncə Türkiyənin istiqlal savaşında Maraşın müdafiəsində qəhrəmanlıq göstərən azərbaycanlılar və bu gün Azərbaycan dövlətinin bu şəhərdə qoyduğu iz bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi.

Rəşad Mahmudov
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri