Icma.az
close
up
RU
Azərbaycan Türkiyə qardaşlığı: Dünyanı heyrətə gətirən birlik

Azərbaycan Türkiyə qardaşlığı: Dünyanı heyrətə gətirən birlik

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan ilə Türkiyə arasında formalaşmış strateji ittifaq təkcə iki ölkənin rəsmi münasibətləri çərçivəsində qalmır. Bu münasibətlərin təməlində dərin tarixi köklər, ortaq dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. “Bir millət, iki dövlət” prinsipi artıq sadəcə şüar deyil, real siyasət və əməli əməkdaşlıq modeli kimi çıxış edir.

Dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada ortaq mövqe nümayiş etdirir, çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Bu həmrəylik Cənubi Qafqazda və daha geniş geosiyasi müstəvidə yeni reallıqlar yaradır.
Qarabağ zəfəri zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bu qardaşlığın canlı təzahürü oldu. Əvəzində, Azərbaycan da müxtəlif regional təşəbbüslərdə – o cümlədən, enerji və nəqliyyat layihələrində – Türkiyənin maraqlarını nəzərə alaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırdı.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə bu qardaşlıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Hərbi əməkdaşlıq, ortaq təlimlər, müdafiə sənayesində birgə layihələr, təcrübə mübadiləsi – bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyini göstərən faktorlardır. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP (Trans-Anadolu qaz kəməri) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional və beynəlxalq əhəmiyyətə malik layihələr iki ölkənin qarşılıqlı güvənə əsaslanan əməkdaşlığını əyani şəkildə ortaya qoyur. Hal-hazırda gündəmdə olan Zəngəzur dəhlizi layihəsi də bu istiqamətdə mühüm addım hesab olunur. Eyni zamanda, Türkiyə də Azərbaycanın beynəlxalq aləmdə suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq müdafiə edir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın maraqlarını qorumaq üçün fəal mövqe tutur. Bu da onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri klassik diplomatik əlaqələrdən fərqlənir. Bu münasibətlər milli kimliyin, tarixi ortaq dəyərlərin və ortaq gələcəyə olan inamın vəhdətidir. Qlobal qeyri-müəyyənliklərin artdığı dövrdə belə bir model dünya üçün alternativ və nümunəvi bir əməkdaşlıq formasıdır.

Bu, keçmişə bağlılıq deyil, gələcək üçün ortaq strategiyadır. Azərbaycan–Türkiyə qardaşlığı bu gün artıq regional deyil, qlobal səviyyədə nüfuz sahibi olan bir birliyin nümunəsidir. Bu birlik Qafqaz regionunda sülh və sabitliyin təminatçısı, iqtisadi və siyasi inteqrasiyanın aparıcı qüvvəsi kimi çıxış edir. Əməkdaşlıq yeni sahələri əhatə etməklə daha da genişlənir və gələcəyə inamla irəliləyir.
Təsadüfi deyil ki, baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan bütün resursları ilə Türkiyənin yanında oldu. Xilasetmə işlərində fəallıq nümayiş etdirdi, qardaş ölkəyə yardımını əsirgəmədi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Ümumilikdə tikintiyə 100 milyon ABŞ dolları vəsait ayrıldı və 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu. 

Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” bu qardaşlığın real təcəssümünə çevrildi. Bu, təkcə yardım deyil, həm də həmrəyliyin, psixoloji dəstəyin və mənəvi yaxınlığın rəmzi idi. Yeni məhəllənin açılışında  liderlərin iştirakı Türk dünyası adına son dərəcə qürurverici hadisə oldu və yaddaşlarda silinməz izlər buraxdı. 

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı “Ümid” qardaşlıq körpüsünün davamı kimi tarixə həkk olundu. “Ümid” bir millətin iki dövlətini birləşdirdi, gələcək birgə fəaliyyətin fundamental əsaslarını yaratdı, Kahramanmaraşda “Azərbaycan” məhəlləsində isə bir millətin iki lideri qardaşlıq manifestini yazdılar. Yeni salınan Azərbaycan məhəlləsi sadəcə zəlzələ fəsadlarının ortadan qaldırılması üçün bir dost yardımı deyildi. Bu həm də iki dövlət arasında sarsılmaz qardaşlığın canlı örnəyi, yıxılmaz bir tarixi abidədir. 100 il öncə Türkiyənin istiqlal savaşında Maraşın müdafiəsində qəhrəmanlıq göstərən azərbaycanlılar və bu gün Azərbaycan dövlətinin bu şəhərdə qoyduğu iz bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri