ABŞ ın bu aviaşirkəti artıq çəkili sərnişinlərdən iki oturacaq haqqı alacaq
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın "Southwest Airlines" aviaşirkəti mübahisəli yeni siyasət tətbiq edib. Yanvarın 27-dən etibarən aviaşirkət oturacaqlara sığmayan sərnişinlərdən səyahətə çıxmazdan əvvəl ikinci oturacağın pulunu tələb edir.
Banco.az xəbər verir ki, yeni qaydalara əsasən, əlavə yer bron etməmiş sərnişinlər hava limanında əlavə bilet almalı olacaqlar. Uçuş dolu olarsa, sərnişin başqa reysə köçürüləcək.
Southwest-in uzun müddətdir pulsuz oturacaq seçimi və pulsuz baqaj kimi siyasətləri ilə rəqiblərindən fərqləndiyini qeyd edən ekspertlər, şirkətin bu addımı ilə üstünlüyünü itirdiyini vurğulayırlar.
"Southwest Airlines" son vaxtlar maliyyə çətinlikləri ilə üzləşib.
Şirkət keçən il ayaq otağının artırılması və gecə yarısı uçuşları üçün əlavə ödənişlər kimi yeni qaydalar tətbiq edəcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 26 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















