ABŞ ın bu hərəkəti cinayətdir Bəqai
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ-ın İranın limanlarına və ya sahil xəttinə qarşı tətbiq etdiyi blokada təkcə Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin pozulması deyil, həm də qanunsuz və cinayət xarakterlidir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai özünün X səhifəsində yazıb.
“Bu, BMT Nizamnaməsinin 2(4)-cü maddəsini pozur. Eyni zamanda, BMT Baş Assambleyasının 3314 saylı (1974) qətnaməsinin 3(c) maddəsinə əsasən təcavüz aktı sayılır və həmin qətnamədə dövlətin liman və ya sahillərinin blokadası bu cür aktlara açıq şəkildə daxil edilir.
Bundan əlavə, İran əhalisinə qarşı qəsdən kollektiv cəza tətbiq edilməsi müharibə cinayəti və insanlığa qarşı cinayət hesab olunur”, - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 Aprel 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















