İrana hücum: ABŞ ın yeni bəhanəsi hazırdır Bəqai açıqladı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın İranın guya bioloji və kimyəvi silahlar hazırladığına dair ittihamları hərbi müdaxilə üçün bəhanə yaratmaq məqsədi daşıyır.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai X səhifəsində yazıb.
“İranın “nüvə təhdidləri” narrativlərinin ardınca Amerika rəsmiləri indi İranın bioloji və ya kimyəvi silahlar hazırladığına dair əlamətlər olduğunu iddia edirlər. Amerika rəsmiləri həqiqətən də dünyanın Kolin Pauellin 2003-cü ildə BMT Təhlükəsizlik Şurasındakı məşhur çıxışını unutmasını gözləyirlərmi? Həmin çıxışda o, İraqın kütləvi qırğın silahlarının yaratdığı təhlükənin "vizual sübutu" kimi kiçik bir flakonu göstərmişdi? Bu epizod müasir tarixin ən ciddi kəşfiyyat uğursuzluqlarından və siyasi aldatmalarından birinin güclü simvoluna çevrilib. İndi isə biz yeni bədniyyətli ittihamlar və narrativləri izləyən saxta ssenari ilə qarşılaşırıq", - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell 2003-cü ildə BMT Təhlükəsizlik Şurasının iclasında İraqın kütləvi qırğın silahlarına (KQS) sahib olduğunu iddia edən geniş hesabatla çıxış etmiş, bununla bağlı içərisində ağ toz olan flakon da nümayiş etdirmişdi.
Bu çıxışdan bir ay yarım sonra ABŞ İraqı kütləvi qırğın silahlarına sahib olmaqda ittiham edərək bu ölkəyə hərbi müdaxilə etdi. O zaman İraqda hər hansı kimyəvi və bioloji silah tapılmadı.
Geniş araşdırmalardan sonra K.Pauellin nümayiş etdirdiyi nümunənin isə əslində saxta olduğu ortaya çıxdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















