ABŞ ın ən böyük banklarında işdən çıxarılma halları 2016 cı ildən bəri ən yüksək səviyyəyə çatıb
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın ən iri bankları artan xərcləri, xüsusilə də kadr xərclərini azaltmaq məqsədilə son on ilin ən böyük işçi ixtisarlarını həyata keçiriblər.
Banco.az xəbər verir ki, bank sektorunda işçi sayında son azalma 2016-cı ildə qeydə alınmışdı. Həmin il əvvəlki illə müqayisədə təxminən 22 min nəfər ixtisar edilmişdi.
Ötən il ən böyük ixtisarlar Wells Fargo-da baş verib. Bankın işçi sayı bir il ərzində 12 mindən çox azalaraq 205.198 nəfərə enib. Bankın baş icraçı direktoru Çarli Şarf bildirib ki, işçi sayındakı azalma artıq 22 rübdür davam edir və bu proses gələcəkdə də uzana bilər.
"Citigroup" da ixtisar dalğasından kənarda qalmayıb. Bank 2025-ci ildə 3 min əməkdaşını işdən çıxarıb. Bloomberg-in məlumatına əsasən, bu həftə daha təxminən 1000 nəfərin ixtisarı planlaşdırılır. Citigroup-un baş icraçı direktoru Ceyn Freyzer işçilərə ünvanladığı daxili müraciətdə əlavə ixtisarların mümkünlüyünə işarə edib.
Bununla belə, bütün banklar ixtisar yolunu seçməyib. "Goldman Sachs" ötən il işçi sayını 2 faiz artıraraq 47.400 nəfərə çatdırıb. Bank ümumi xərclərin 11 faiz artmasını əsasən “yüksək kompensasiya xərcləri” ilə əlaqələndirib.
"Morgan Stanley" isə mart ayında təxminən 2000 nəfəri işdən çıxarsa da, ili ümumilikdə 2500 yeni işçi artımı ilə başa vurub.
Ekspertlər hesab edirlər ki, bank sektorunda ixtisarlar rəqəmsallaşmanın sürətlənməsi, gəlirlərin dəyişkənliyi və xərclərin optimallaşdırılması zərurəti ilə bağlıdır. Bu tendensiyanın yaxın dövrdə də davam edəcəyi istisna edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















