Icma.az
close
up
RU
ABŞ ın Ermənistanın təhlükəsizliyinə hansısa töhfə verəcəyi şübhə doğurur

ABŞ ın Ermənistanın təhlükəsizliyinə hansısa töhfə verəcəyi şübhə doğurur

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ermənistanın təhlükəsizlik sisteminin Azərbaycanla müharibə ilə əlaqəli çökməsindən sonra yeni təhlükəsizlik axtarışları nəhayət ki, ötən gün imzalanan ABŞ-Ermənistan xartiyasından sonra öz həllini tapdı kimi hesab etmək olardı, amma bunun Ermənistan üçün nə kimi fayda verəcəyini gələcək göstərəcək.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazın geosiyasi konyukturasını təhlükə altına atmaqla özünün təhlükısiz olacağını hesab etdi.

ABŞ-ın Ermənistanın təhlükəsizliyində oynaya biləcəyi rolun sadəcə ABŞ-ın quru adının olacağı reallığı Ermənistan üçün təhlükəsizlikdən çox təhlükə gətirəcəyi açıq reallıqdır:

"ABŞ-ın bu regionda bəs qədər düşməni olduğu bir halda onun Ermənistanın təhlükəsizliyinə hansısa töhfə verəcəyi şübhə doğurur. Ermənistan indiki durumu ilə regionda bir ada dövləti şəklində ətrafında düşmən ölkələrlə əhatə olunmuş bir halda ABŞ-ın dəstəyi olsa belə necə mövcud olmağı planlaşdırdığı əminəm ki, Ermənistanın özü üçün maraqlıdır. Çünki bunu Ermənistan belə bilmir. Coğrafi olaraq heç bir su hövzəsinə çıxışı, enerji resursları, beynəlxalq nəqliyyat infrastrukturu olmayan, ətrafına təhlükə yaradan bir dövlətin ABŞ-la imzalanan kağız üzərində təhlükəsizlik qarantiyasına uyub geosiyasi alətə çevrilməsi ilk növbədə onun sonunu gətirəcək.

Görünən odur ki, Ermənistan rəhbərliyi sadəcə özünü fikirləşir. Erməni toplumunun gələcəyi onun üçün maraqlı deyil. Əvvəlcə monoetnik Ermənistan yaratdılar. İndi də ermənilərsiz Ermənistan yaratmaq planını işə salıblar. Hesab edirəm ki, imzalanmış xartiya nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından Ermənistan üçün heç bir dönüş nöqtəsi olmayacaq. Bu müttəfiqliyin kağız üzərində qalacağı mütləqdir. Region ölkələrindən asılı olan Ermənistanın bu addım ilə regionda tamamilə təklənəcəyi bir reallıqdır. ABŞ Ermənistana sadəcə okeanın o biri tayında qorxma-qorxma deyəcək".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri